155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    D.r Abbas QURBANOV / NƏQİBÜL ƏŞRAFLIQ

    PDF faylını alÇapE-poçt

      Share

                  Peyğəmbər (s.ə.s) buyurur: “Hüseyn məndəndir, mən də Hüseyndənəm! Hüseyni sevəni Allah sevər”.[1]

               Tarixən var olan dini təşkilatlardan biri də “nəqibül-əşraflıq” dır. Bu müəssisə bir cəhəti ilə idari, digər tərəfi ilə ədli təşkilata bağlı olmuşdu

              Bir cəmiyyət, bir camaatın və ya bir qəbilənin nəsəb və vəziyyətlərini ən yaxşı bilən, onların başçısı və ya vəkili olan kimsəyə “nəqib” deyilir. İslam tarixində bunun ilk tətbiqi Hz. Peyğəmbərin (s.ə.s) “ikinci əqəbə beyəti” sırasında onun vəzifə verməsi ilə başlamışdır. O, Xəzrəci təmsilən doqquz, Övsi təmsilən üç naqibə vəzifə vermişdir.

            İslam tarixinin sonrakı dövrlərində Hz. Peyğəmbərin nəvələrinin soyundan gələnlərlə maraqlanan və bu istiqamətdə siyasi nüfuz ilə münasibətdə olanlara “Nəqibül-Əşraf” deyilmişdir.

             Osmanlı dövründə alimlər qrupuna göstərilən hörmətdən daha artığı Hz. Peyğəmbərin (s.ə.s) soyundan gələnlərə göstərilirdi. İslam dünyasının hər dövründə və hər ölkəsində buna riayət edilərdi. Bunun üçündür ki, Osmanlılar Misiri fəth etdikdən sonra Yavuz Sultan Səlim dövründə “Xadimül-hərəmeyni-şərifeyn” ünvanını almalarına və bu tarixdən sonra Məkkə və Mədinə (Hicaz) ilə sıx əlaqədə olmalarına baxmayaraq hələ Yıldırım Bəyazid (1389-1402) öz dövründə Nəqibül-Əşraf təyin etmişdir.[2]

             Əsas vəzifəsi Hz. Peyğəmbər nəslindən gəlmiş olan “seyyid”[3] və “şərif”lərin[4] işlərinə nəzarət, nəsəblərini qeyd və mühafizə etmək, doğum və ölümlərini dəftərə qeyd etmək, onları adi bir sənətə girməkdən və pis hallarda olmaqdan qorumaq, hüquqlarını mühafizə etmək, sülalədən olan qadınların özlərinə tay olmayanlarla evlənmələrinə mane olmaq kimi xüsusları ehtiva edən naqibul-əşrafın bilavasitə özü də Hz. Peyğəmbərin (s.ə.s) soyundan gələnlərdən təyin edilərdi. Belə ki Allah-Təala buyurur: “… Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”[5]

               Hər bir müsəlman ölkədə varlığı bilinən nəqibül-əşraflıq təşkilatının gördüyü xidmətlər də demək olar ki, eyni idi. Necə ki, Misirdə naqibul-əşraf Hz. Əlinin (r.a) zövcəsi olan Fatimatüz-Zəhra (r.anha) övladından olanlara nəzarət edərdi. Onlar nəsəblərini təhqiq və təftiş edər, aralarındakı anlaşılmazlıqları həll edib qərar  verər və onları qeyri-əxlaqi hallardan çəkindirərdi. Fatimilər dövründə həmin məqama “niqabətü-talibin” deyilərdi.[6] Hz. Peyğəmbərin (s.ə.s) nəslindən gələnlərin Anadolu Səlcuqluları zamanında da mövcud olduqlarını vəsiqələrlə təsbit edən bir araşdırmaçı onların yer üzünə dağılma səbəblərini belə izah edir:

                  “Vəsiqədə, Sədrəddin Yusifin əsaləti, nəsəbinin səhhəti və dindarlığı qeyd edilərək Səlcuqi Türkiyəsinin Seyyidləri rəisliyinə təyin edildiyi, keçmişdən olduğu kimi onun, övladı və nəvələri üçün məişət təmini olmaq üzrə daimi geniş təxsis edilib ona bağışlandığını, seyyidlərin əhvalını qorunması, nəsəbi səhih olan seyyidlərə riayət edilməsi... Əməvi və Abbasi dövründə meydana gələn xilafət mübarizələrindən ötrü bir çox təzyiqlərə düçar olan Hz. Peyğəmbər övladı (seyyid və şəriflər) İslam dünyasının hər bir tərəfinə yayılmışdı. Bunlar, çox etibar görür və dövlətlər onlara xüsusi maaş verirdilər.”[7] 

                İslam aləmində seyyid və şəriflərə göstərilən bu rəğbətdən ötrü bir çoxları özünün seyyid olduğunu iddia edirlər. Hər yerdə və hər zamanda görülməsi mümkün olan bu cür iddiaların qabağını ala bilmək və həqiqi seyyid ilə mütəseyyidləri (seyyid olduğunu iddia edən) bir-birindən ayırmaq işinə çox əhəmiyyət verilməli idi. Bunun üçün də yeni doğulan hər seyyidin nəsəb dəftərinin tutulması, adının qeyd edilməsi və ana-atasının da müəyyənləşdirilməsi lazım gəldi. Osmanlı dövlətində bu iş daha ciddi aparıldı. Bunların (seyyid və şərif), dəftərlərə qeyd edikləri kimi əllərinə də “təməssük” deyilən və onları tanıdan bir vəsiqə verilirdi.

             Nəqibül-Əşraflıq gördüyü xidmətlərdən ötrü ən yüksək məqamlardan sayılardı. Ona görə də xəlifələr tərəfindən həmin vəzifəni idarə edənlərə yazılan bəraət və fərmanlarda məqamın şanına uyğun ifadələr işlədilərdi. İslam tarixi boyunca müsəlman ərəb və türk dövlətlərində siyasi nüfuzlar nəqibül-əşrafa böyük hörmət göstərmişdilər. Necə ki, Osmanlı dövlət təşrifatında nəqibül-əşraf digər bütün dövlət ərkanına təqəddüm edərdi. Bu səbəblə padşah ilk taxta çıxanda onu ilk təbrik edən nəqibül-əşraf olardı.

           Osmanlı dövlət və cəmiyyət həyatında böyük bir yeri olan nəqibül-əşraflıq müəssisəsi, adı çəkilən dövlətlə birlikdə tarixə qovuşmuşdur.[8]


      [1] 11; İbn Hənbəl, IV, 172

      [2] Rıfat Əfəndi, Dauhatun Muqaba, səh. 7

      [3] Hz. Peyğəmbərin nəvəsi olan Hz. Hüseyn nəslindən gələnlər üçün işlədilən bir ifadədir.

      [4] Hz. Peyğəmbərin nəvəsi olan Hz. Həsən nəslindən gələnlər üçün işlədilən bir ifadədir.

      [5] Əhzab, 33/33

      [6] İ. H. Uzunçarşılı, Osmanlı dövləti təşkilatına mədxəl, səh. 388-389

      [7] O. Turan, Türkiyə Səlcuqiləri haqqında rəsmi vəsiqələr, səh. 55-56 Rıfat Əfəndi, Dauhatun Muqaba, səh. 7

      [7] Hz. Peyğəmbərin nəvəsi olan Hz. Hüseyn nəslindən gələnlər üçün işlədilən bir ifadədir.

      [7] Hz. Peyğəmbərin nəvəsi olan Hz. Həsən nəslindən gələnlər üçün işlədilən bir ifadədir.

      [7] İ. H. Uzunçarşılı, Osmanlı dövləti təşkilatına mədxəl, səh. 388-389

      [7] O. Turan, Türkiyə Səlcuqiləri haqqında rəsmi vəsiqələr, səh. 55-56

      [8] Ziya Qazıcı, İslam Müəssisələri Tarixi, səh. 257-261

       

      • Hits: 1775 clicks

      Tecox component by www.teglo.info