Bəşəri Münasibətlərdə Ölçülü Olmaq / Rüfət Şiriniv

      Share

      Hz. Əbu Hüreyrə (r.a) dedi ki: Rəsulullahın (s.ə.s)  belə dediyini eşittim:"Dostunu sevəndə elə sev ki, bəlkə bir gün düşmanın olar. Düşmanına da elə kin bəslə ki, gün gələr dostun olar.

      Hz. Peyğəmbər (s.ə.s) insanlar üçün düşüncəli, tərbiyəli, əxlaqlı, gözəl xasiyyətli mükəmməl bir insan modelidir. Mövlananın "Ya olduğun kimi görün, yada göründüyün kimi ol" düsturunun tam təzahürünü Peyğəmbərdə görmək mümkündür. Bütün bəşər üçün həyat nümunəsi olan kainatın Əfəndisi (s.ə.s) Allahın (c.c.) yer üzündəki varlıqlarıyla münasibətdə də bizim üçün şam vəzifəsini ifa etməkdədir. Onun qadın-kişi, varlı-yoxsul, böyük-kiçik, din, dil, irq fərqi qoymadan hamıya qarşı eyni səviyyədə münasibət bəsləməsi bütün insanlar üçün bir nümunədir. O yaradılanı yaradandan ötrü sevən insandı. Hərkəsə qarşı ədalətli hökm vermişdir. Ədalətə tabe olmuş, heç vaxt ədalətdən üz döndərməmişdir. Hər zaman "Rəbbin ədalətlə davranmayı əmr etdi"   deyərək hər dövürdə bütün insanlara nümunə olmuşdur.

      Yuxarıda qeyd etdiyimiz hədis hər insanın həyatında qarşılaşa biləcəyi iki xüsusiyyətə diqqət çəkir: Dost və Düşman.  Peyğəmbərimizin dostlarla olduğu kimi düşmanlarla da müəyyən ölçülər daxilində münasibət qurmağı tövsiyə etməkdə ve mühim bir ədəbə işarət etməkdədir: Ölçülü olmaq...

      Demək ki, itidal düsturu təkcə ibadətlərdə deyil, bəşəri münasibətlərdə də qarşımızda durmaqdadır. Biz bu yazımızda bir mö'minin, düşmanıyla münasibətlərində necə rəftar edəcəyinə nəzər salmaq istəyirik:

      Qur'an və Sünnətdə ən çox mübarizə aparılan düşman olaraq, insanın nəfs ve şeytanı   göstərilməklə bərabər, xarici düşman məsələsinə də yer verilmişdir. Burada daha çox, əfv etme təleb edilsə də, müəyyən ölçü daxilində, ifrata düşmədən pisliyə  qarşılıq verməyə də icazə verilmişdir.

      Hz. Peygamber, "Allah, pisliyi pisliklə yox etməz, ancaq yaxşılıqla yox edər" düsturuna tabe olaraq, şəxsi həyatında pisliyə pisliklə cavab verməz, daha çox əfv edər ve bağışlayardı. O'nun bu əfv edici, bağışlayıcı və pisliklərin müqabilində yaxşılıqla davranış sərgiləməsi düşmanlarının kin və nifrət hisslərini yox edərdi. "Biraz öncə nəzərimdə dünyanın ən mənfur kimsəsi ikən, indi dünyanın ən sevgilisi oldun" etirafları ilə nəticələnər və bu şəkildə qəlblər fəth edilərdi. Biraz əvvəl Onu öldürmək üçün gələn şəxs, uğrunda canını fəda etməyə hazır bir xüsusiyyət qazanardı.

      Şəxsən özünün tətbiq ettiyi əfv edici xüsusiyyətinin müsəlmanlar  tərəfindən də tətbiq edilməsini istəmişdir: "Pisliyə yaxşılıqla qarşılıq verməklə pisliyi yox et və insanlarla gözəl əxlaqla ünsüyyət qur " demiştir.

      Peyğəmbərimizin bu tövsiyələrinə rəğmən ifrata düşməmək şərtiylə düşmana həddini bildirməyə də icazə verilmişdir. Ayədə belə buyurulur: Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!

      Nəticə olaraq:

      "Dostuna sevgində ölçülü bağlan,

      Bəlkə də bir gün düşmanın olar.

      Düşmanına nifrətində ölçülü davran,

      Bəlkə də bir gün həqiqi dostun olar."

      şəklində ifadə edəbiləcəyimiz hədis, düşmanların da Allahın yaratdığı varlıqlar olduğu və Rəhmət Peyğəmbərin düsturuna uyğun olaraq, öldürüləcəksə də əziyyət verilmədən öldüməyin əsas olduğunu görürük.

      Biz, belə incə düşüncəli, ədalət timsalı, itidal düsturlu, sevgi əsaslı  Peyğəmbərin ümməti olduğumuz üçün nə qədər şükr etsək də kifayət etməz. Hər hərəkətində Peyğəmbəri görə bilən şəxs həqiqətən xoşbəxt və qurtuluşa nail olmuş insandır. Allah bizləri həbibinin yolundan ayırmasın. Güzgüyə baxınca Peyğəmbəri görməyi nəsib etsin.

      Amin!

       

      • Hits: 883 clicks

      Tecox component by www.teglo.info