Home Arxiv 2013 № 82 Sentyabr Adəm ŞAHİN / TƏTİL DÜŞÜNCƏLƏRİ


    Adəm ŞAHİN / TƏTİL DÜŞÜNCƏLƏRİ

    PDF faylını alÇapE-poçt

      Share

      1- “Yerində və zamanında söyülən söyüş bəlağətdir”, “yerində və zamanında edilən zarafat vaxtında yeyilən yemək kimidir”,- demuşlər. Hava limanında vidalaşırıq. Arxada qalanlardan biri qəmgin səslə “haqqınızı halal edin, biz indi avtobusa minib qarşıya keçəcəyik, siz əminliklə uçacaqsınız, bəlkə görüşmədik”,- deyir.

      2- Təyyarəyə sərnişin daşıyan avtobusda belə yer davası gedir. Halbuki gediləcək məsafə metrlərlə ifadə olunacaq qədər azdır. İnsan tələskəndir, yarışda və öndə olmağı sevir.

      3- Təyyarədə telefon, kompüter söndürülür, dəftər, kitab, jurnal sərbəstdir. Kitablar və jurnallar zərərsizdir. Təyyarənin sistemini pozan və qəzaya səbəb olan şeylər nələr etməz ki?

      4- Təyyarənin emişi uğurla başa çatdıqda bir anda alqışlar yüksəlir. Təyyarənin enişi əsnasında yaşanan sevinci anlayıram, amma cənazə mərasimindəki alqış nə ifadə edir? “Küfr və azğınlıqdan başqa hər halımız üçün Allaha həmd olsun”,- deyən nəbilər sultanının ümmətinə  “əlhəmdülillah” yaraşır, alqış yox.

      5- Ailəvi səyahətə çıxmaq mehtər olmağa bənzəyir. İki addım qabağa, bir addım dala…

      6- Bütün fasilə yerlərində yuyulan şəhərlərarası avtobuslar var. Bu gedişlə su və fırçanın təsirindən rəngləri solacaq. Doğru olub-olmadığını bilmirəm, amma deyilənə görə 1 lirəlik ayaqyollarına girib-çıxan çox olsun deyə avtobusda ikram edilən suları yol üstündəki istirahət yerlərində olan tualet firmaları verir. Əlli quruşluq su girişi müqabilində 1 lirəlik çıxış. Maraqlıdır.

      7- Zaman dəyirmanı tik-tak edərək qiyamətə qədər dayanmadan işləyir. Uçuşan unlar adamların saç-saqqalına yapışır. Zamanın zərbə vurmadığı, zəiflətmədiyi adam görmədim.

      8- Marketə giririk. Mələk qədər saf olan qızım “ata, çox, lap çox abur-cubur alaq”,- deyir. Seçimi abur-cubur. Hər şey al məni, ye məni, geyin məni, mənimlə danış,- deyir. Ala bilməmək dərd və iztirab. Borc, kredit kartı, oğurluq, qumar kimi bataqlıqlardan qurtuluş qənaət xəzinəsinə sahib olmaqla mümkündür. Ariflərdən biri duasında”Allahım, Səndən istəməməyi (qənaət) istəyirəm”,- demişdir.

      9- Stüardessa pilotdan, sürücü polisdən, müəllim tələbəsindən, ata-ana övladından, həkim xəstədən, satıcı müştəridən, qısacası, hamı bir-birindən şikayət edir. İnsanlara təşəkkür edə bilməyən Allaha necə şükür edəcək? Yollarda, çaylarda, söhbətlərdə qorxu və hüzn var. Harda qaldı qorxu və hüzndən uzaq olan Allah adamları? Harda qaldı gülümsəyən insanlar? “Allah bəs, gerisi həvəs” deyilə bilmədikdən sonra heç nəyə bəs deyilə bilmir. Evlər, işlər, eşlər (yoldaşlar), telefonlar, patlarlar, mebellər, pul-para başda olmaqla heç nə kifayət etmir. Elə hey aclıq, elə hey artırmaq və yeniləmək ehtiyacı. Texnologiya aludəçiliyi məharət və üstünlük olub. Köləlik nə zamandan bəri qiymətə mindi. “Haydı namaza, haydı qurtuluşa” deyilərək hər gün beş dəfə göylərdən yer üzündəki xəstəliklərə resept təqdim olunur.

      10- Qohumlarımdan birinin toplu göndərdiyi “xanımım hamilə qaldı, ata oluram”, mesajı telefonumda durur. Şərh etmirəm, etsəm pis olacaq.

      11- Od, torpaq, su və hava dörd ünsür qəbul edilir. Cem Yılmaz taxtayı da bura əlavə etdi. Artıq dörd ünsür mobil telefon, internet, köntur və pul olub. Gecə Allah üçün qaim (ayaq üstə), gündüz saim (oruclu) insanlar yerlərini gecəni internetlə qaim, gündüzü naim (yuxulu) keçirən gənclərə veriblər. İnternet sanki şah damarından yaxın olmuş. Heyvan ola-ola buqələmun ətrafındakılara görə rəngini dəyişirsə, insan olanın könlü nə üçün dəyişməsin?..

      12- İki məktəb arasında yerləşən uşaq kitabxanasının cəmi 8 üzvü var və daim bomboşdur. Məzarlıqlar belə gəlib-gedənlər nöqteyi-nəzərindən kitabxanadan daha hərəkətlidir. Sanki İslamın ilk əmri oxumaq deyil, “internetdə olmaq”dır.

      13- Həkimin yanına girmək üçün növbə gözləyərkən kitaba göz atdığımı görən yaşlı bir xala “oğlum, imtahana hazırlaşırsan?”,- deyə soruşur. Əgər bir ölkədə kitab imtahana hazırlanmaq üçün oxunursa, qəzetlər də krossvord və şəkillərinə görə alınırsa, həyəcan təbili çoxdan çalınmışdır.

      14- İmanı qorumaq əldə qor tutmaq kimi çətindirsə, Allah yolunda xidmət etmək həm öz qorunu, həm də başqalarının qorunu tutmaqdır.

      15- Bir filmdən eşidiləcək ən möhtəşəm cümlə: “dəyəri olan hər şey ya qanla, ya da eşqlə qazanılır”. Black gold - Qara qızıl filmi 2011.

      16-  Uzaqdan, danışan bir adama qulaq asıram. Ağzının içi qaranlıqdır, sözlər qaranlıqdan çıxır. Neft, gümüş, meyvə-tərəvəz, - hamısı torpağın məhsulu. Qaranlıq doğan və istehsal edəndir. Uşaq da söz kimidir, qaranlıqdan çıxar. Uşağın ata-anası nə qədər əhəmiyyətlidirsə, sözün də həqiqət olması bir o qədər mühümdür.

      17- Sərxoşları təbəssüm edərkən gördüm. Mərifət ağıl başda ikən təbəssüm edə bilməkdə. Ağıl uçub gedəndən sonra təbəssüm etmək asandır. Uşaqlar və körpələr də yuxuda gülürlər. Əsas məsələ ayıq ikən, bazarda, ofisdə, məsciddə təbəssüm edə bilməkdir.

      18- Evdəki məhəbbət quşlarına “Sizi gidi, sizi, nə gözəl quşlarsınız! Plovun üstündə qızarmış halda nə gözəl olursunuz”,- dedim. Məni görən quşlar qaçmağa başladılar. Quş kimi oxusam, gözəl sözlər söyləsəm də bir daha aramızda məhəbbət yaranmadı. Məhəbbətlə zarafat olmaz.

      19- Təkyə girişlərində “ədəb yahu”, çıxış tərəflərində isə “heç” yazılırmış. Tətilə “ədəb yahu” deyərək girə bilmişiksə, o təril “heç” olmaqdan xilas olmuşdur.

       

      • Hits: 737 clicks

      Tecox component by www.teglo.info