155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Fuad QULUYEV / BİR AYƏ

    PDF faylını alÇapE-poçt

      Share

      يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

           “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”. (Bəqərə surəsi, 183)

           Bəqərə surəsinin 183-187-ci ayələri birbaşa oruc və Ramazan ayı ilə əlaqəlidir. “Ey iman edənlər!” deyə başlayan bu ayə “iman” etdiyini dil ilə iqrar edən hər kəsi isbata dəvət edir.

           Orucun ərəb dilindəki qarşılığı “savm”dır. “Sükunət, hərəkətsizlik, tutmaq, əl çəkmə” mənalarına gələn “savm” kəlməsinin dindəki mənası budur: “Allah rizası üçün hər il ay təqviminin 9-cu ayı olan Ramazanda fasiləsiz olaraq hər gün dan yeri ağarandan (sahurdan),gün batana qədər olan vaxt ərzində yemək, içmək və cinsi münasibətdən uzaq durmaq”.

           Orucu fərz qılan ilk ayə Mədinədə, təxminən hicrətin ikinci ilində enmişdir. Bu ayə İslam hökmlərinin zamanlar və zəminlər üstü olduğuna diqqət çəkir və bütün səmavi şəriətlərin ortaq nöqtələrindən birinin də oruc olduğunu bildirir. Oruc Allahın insanlara açdığı ilahi bir kreditdir. Bu əmrin səbəbi isə üç maddədə toplana bilər:

           1. Allahın insanlığa bir rəhbər və işıq olaraq göndərdiyi Quran mesajının doğumunu qeyd etmək. Quranın şəhadətinə görə bu mesaj ilk dəfə Məkkədə, hicrətdən təxminən 13 il əvvəl Ramazan ayında endirilməyə başlamışdır. Ramazan Quranı gətirdiyi üçün qeyd edilməyə layiq bir aydır, yəni Quran ayıdır. Buna görə də oruc Quranı göndərən Allaha qulun təşəkkürüdür. Oruc tutan hər mömin əslində Quranın doğum gününü qeyd edir.

           2. Qurana layiq ola bilmək üçün nəfs tərbiyəsi və ruh təzkiyəsini təmin etmək. Oruc bədənin ac buraxılmasından çox, ruhun qidasıdır. Ruhu bədənindən zəif olanların ruhuna maddi ləzzətlər və bəşəri arzular hökm edər. Oruc sevgi və nifrətin, iman və inkarın, rədd və qəbulun mərkəzi olan ürəyə doğru edilən məcburi bir səyahətdir. Bu səfərdə insanın ən böyük qazancı özünü tanımaqdır. “Orucun vasitəsilə siz pis əməllərdən çəkinəsiniz!” cümləsinin arxasındakı məna da budur. Bunun açışlı belədir: oruc insandakı məsuliyyət hissini artırır, insanı Rəbbinə, özünə, insanlara, təbiətə və əşyaya qarşı daha məsuliyyətli davranmağa sövq edir.  

           3. Zəngin-kasıb demədən hər insana aclıq və susuzluğu daddıraraq cəmiyyətdəki ac və susuzların dərdlərinə bütün müsəlmanları ortaq etmək və onlara bu həqiqəti yaşadaraq dərk etmələrini təmin etmək. Bu, orucun sosial səbəbidir.

           Oruc tutan hər mömin bəşəriyyətlə həmyaşıd olan bir kavrana daxil olur. Oruc tutmaqla hər bir mömin “insanlıqla həmyaşıd olan iman ailəsi”nə mənsub olduğunu elan edir.

           Ramazana hörmət Qurana hörmətdir, Qurana hörmət Allaha hörmətdir. Quranın doğum ayı olan Ramazana hörmətin ölçüsü isə onu oruc tutaraq keçirməkdir. 

      • Hits: 1071 clicks

      Tecox component by www.teglo.info