155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    İsmayıl VƏLİYEV / VAXTIN EFFEKTLİ İDARƏ OLUNMASI

    PDF faylını alÇapE-poçt

      Share

      Uğurlu karyera sahibi olmaq, həyatı yüksək standartlara görə yaşamaq istəyən hər kəs vaxtı daim daha yaxşı necə idarə etmənin yolları və metodları haqqında düşünür, araşdırır və öyrənir. Bu sahədə yazılan kitab və məqalələrin, verilən konfrans və seminarların sayı kifayət qədər çoxdur.

      Vaxtı israf etməmək üçün ehttiyac olan ən önəmli təsiredici faktorlardan biri aydın zehindir. Aydın zehindən məqsəd nədir? Bu, dəyərləri və prinsipləri bəlli olan insnaların zehnidir. Həyatdan nə istədiyinə hələ qərar verməmiş, konkret hədəfi olmayan insanlarda daim sürətli və düzgün qərar vermə problemi olur Bu da vaxt itkisinə, həmçinin demotivasyaya səbəb olur.

      Hədəflər fərqlidir və bir neçə qrupa bölünür. Amma əsas olan uzun dönəmdə hədəfin bəlli olub-olmamasıdır. Məsələn, növbəti 10 il üçün hədəfi olan bu on ilin sonunda olmaq istədiyi yeri təyin etmiş, hədəfləmiş insan üçün qərarlar vermək o qədər də çətin olmayacaq və vaxt itkisi ondan yan keçəcək.

      Uzunmüddətli hədəfə çatmaq üçün  qısamüddətli hədəflər də ollıdır. Yoxsa, sadəcə oturub on il sonrası üçün bir hədəf təyin etməklə heç bir uğurlu nəticə əldə olunmayacaq. Bu qısamüddətli hədəflərin də diqqətlə seçilməsi lazımdır.

      Hərgün səhər oyandıqda həmin gün üçün nə edəcəyini dəqiq bilənlə, bilməyən insanların vaxtlarını nə dərəcədə sərfəli idarə edəcəkləri arasında ciddi fərq olacaq.

      Hər yeni gün üçün edəcəklərini öncədən planlaşdıran adamlar bu gün nə edim,  hara gedim kimi suallar üzərində uzun-uzun düşünməyəcəklər, çünki edəcəkləri işlə bağlı zehinləri aydındır.  Amma planları və hədəfləri olmayanlar isə günün bəlli hisssəsini görəsən nə edim, hara gedim kimi suallaraq cavab axtaracaqlar.

      Planlı yaşamaq və disiplinin nə demək olduğunu isə ancaq onu yaşayanlar bilir. Planlı yaşamaq hər günü bəlli bir plana sığdırmaq və nə olursa-olsun o plana görə yaşamaq deyil, planın mümkün qədər elastik olmasını təmin etməkdir. Hər yeni gün, yeni sürprizlər və imkanları, həmçinin həll edilməsi lazım problemləri də özü ilə gətirir bu səbəbdən planın dəyişilə bilən olması həyati önəm daşıyır. Əsil plan lazım olduğunda dəyişdirə biləcəyin plandır. Planın səni idarə etməli deyil, sən planını idarə etməyi bacarmalısan.

      Yeni və sürpriz bir işə və ya fürsətə vaxt ayırmağın nə dərəcə lazım olduğuna tez qərar verə bilmək üçün də, yenə insanın qısa və uzun dönəmli hədəflərinin açıq və dəqiq olması lazımdır. Yəni həyatdan nə istədiyinə və kim olmaq istədiyinə qəti qərar vermək lazımdır.

      • Hits: 1110 clicks

      Tecox component by www.teglo.info