ELM ALLAH DEYİR BƏS ELM ADAMI? / İbrahim erol

      Share

      STEFAN HAVKİNQİN YENİ NƏZƏRİYYƏSİ VƏ UCA KİTABIMIZ QURAN

      Tanınmış fizik Stefan Havkinq bu günlərdə nəşr olunacaq  kitabında, kainat və onun yaradılışı haqqında indiyə qədər söylədiklərinin tam əksini ifadə edən fikirlər qeyd etmişdir.

      “Zamanın qısa tarixi” və “Qoz qabığındakı kainat” adlı kitablarıyla rəğbət qazanan Havkinq başlanğıcda elmlə dinin, Tanrıyla fizikanın  birbiriylə düz gəlməyəcəyi görüşündəykən, nəzəriyyəsi ilə öncəki  görüşlərinin tam əksini iddia etməkdədir.

      O, “The Grand Design” (böyük dizayn) adlanan son kitabında kainat və onun yaradılışıyla əlaqəli yeni görüşlərə yer vermişdir.

      Əvvəlki fikirlərinə əsasən, kainatın və bizim var olma səbəbimiz öz-özünü var etmə prosesi ilə əlaqəlidir. Yəni həm kainatın, həm də insanın var olmasında tanrının deyil, fizika qanunlarının təsirli olduğunu iddia edən Havkinq daha da irəli gedərək “Tanrının fitili atəşləyib, kainatı hərəkətə geçirməsinə gərək yoxdur” deməkdədir. Big bəng  (kainatın başlanğıcı sayılan böyük partlayış) nəzəriyyəsinin isə tanrının bir möcüzəsi olmadığını söyləyən fizik bu hadisəni fizika qanunlarının təbii bir nəticəsi olduğunu düşünməkdədir.

      Keçən ilin iyun ayında verdiyi bir reportajında isə Havkinq öncəki fikirlərinin tam əksini ifadə edən bir sual ətrafında  düşünməyin zəruri olduğunu qeyd etmişdir:

      - Görəsən kainatın yaradılış şəklinə -bilmədiyimiz səbəblərlə- tanrımı qərar verir, yoxsa elmin qanunlarımı? sualına “mən ikinci qismi tərcih edirəm” cavabını vermişdir.

      Bütün bu nəzəriyyələri fizik Stefan Havkinq kainatı və onun içərisindəki “sünnətullah” dediyimiz qanunları açıqlayarkən, Uca Yaradıcıya isnad edərək, Onun yerinə məxluq sayılan fizika qanunlarını qoymaq xüsusunda səy göstərmişdir.

      İçərisində aləmin yaradılması, yaradılış səbəbi, yaradılma zamanı və yaradıcıyla əlaqəli çoxlu sayda ayələr yer alan bir mübarək kitaba, Qurana sahib olan biz müsəlmanlar görəsən belə bir nəzəriyyə qarşısında öz inancımızı müdafiə edə bilərikmi? Daha doğrusu uca kitabımız olan Quran biz müsəlmanların belə bir təhlükəyə düşməməsi üçün nə kimi tədbirlər görməkdədir? Qurana qısa bir nəzər yetirək:

       “Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!” (əl-Araf, 54)

      Bu ayə bizə yaratmağın mütləq mənada Uca Allaha məxsus olduğunu, üstəlik də varlığın yaradıldıqdan sonra başıboş buraxılmayıb, Uca Yaradıcısı tərəfindən daim nəzarətdə olduğunu açıqca bəyan edir.

      Digər bir ayədəysə “And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi” (Qaf, 50/38) buyurularaq yaratma işinin birbaşa Allahın özü tərəfindən gerçəkləşdiyi bildirilir.

      Hətta bəzi ayələrdə Allah (c.c) yaradılan bu xariquladə şeylərin birbaşa öz varlığına işarət etdiyini, bunu dərk etməyimiz üçün də biz bəndələrin düşünməsi lazım olduğunu vurğulamışdır. “Gecə və gündüz, günəş və ay Onun əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin!” (əl-Fussilət, 37)

      Allah-Təala sadəcə yaratdığını deyil, ayrıca yaratdığı şeylərin nə qədər təmiz və qüsursuz olduğunu bəyan edərək, bu izahda “Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!” (əl-Mülk, 19) ayələrini endirmişdir.

      Materialist filosoflar başlanğıcda tanrının kainatı yaratdığını, daha sonraysa ona qarışmadığını söyləyirlər. Halbuki Allah (c.c) Mülk surəsində, “Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman saxlayır. Həqiqətən, O, hər şeyi görəndir!”. (əl-Mülk, 19) -buyuraraq yarattığı varlıqlar üzərindəki nəzarətini ifadə etmişdir.

      Kainatı, onun nizam-intizamını, yaradılışındakı gözəlliyi ilk fərq edənlərin elm adamları olması lazımkən, çox təəssüf ki, bəzən bunun əksi ilə qarşılaşırıq.

      Bu yeni nəzəriyyəsi ilə Stefan Havkinq, yaradılanı yaradan kimi düşünərək bu xətaya düşməkdən özünü qurtara bilməmişdir. Yeni kitabıylasa 1727-ci ildə vəfat edən məsləkdaşı İsaak Nyutonun fikirlərini çürütməyə çalışmışdır.

       Halbuki məşhur fizik İsaak Nyuton kainatın bir xaos nəticəsində deyil, mütləq sürətdə tanrı tərəfindən hazırlandığını iddia edirdi. O, “yerin cazibə qüvvəsi planetlərin hərəkətini tənzimləyir, planetlərin nəyi orbitə daxil etməsini deyil” fikrini irəli sürərək, əslində bir yaradıcının varlığına işarə etmişdir.

      Bir elm adamı kainatdakı bu xaostik sistemin yaradanla əlaqəsi olmadığını iddia edərkən, digər bir elm adamının isə bu sistemin ancaq Uca bir yaradıcının varlığıyla əlaqəsi olduğunu iddia etməkdədir.

      20-ci əsrin dahilərindən olan Albert Eynşteyn, elmin nadanlıqdan uzaq olacağını iddia edərək, “dərin bir imana sahib olmayan geçək bir elm adamı düşünə bilmirəm” demişdir.

      İlk dəfə teleskopu icad edərək dünya səmasına nəzər edən Qaliley əsrarəngiz gözəlliklərə sahib olan bu kainatın, Allahın oxumağa dəyər bir kitabı olduğunu ifadə etmişdir.

      Son söz:

      “Biz insanlar Allaha möhtac olan  aciz kəslər olaraq, öz ağılımıza nisbətlə Allahın ağılının böyüklüyünü görməli və Ona təslim olmalıyıq.”

      İsaak Nyuton

      • Hits: 779 clicks

      Tecox component by www.teglo.info