155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Aqil ƏLİYEV / QEYBƏT VƏ EYİB ARAŞDIRMAQ QADAĞANDIR

      Share

       Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, günümüzdə cahil insanlar bir yana, elm sahibləri də bir-birilərinin eyiblərini araşdırmaqdan, dedi-qodusunu etməkdən qətiyyən çəkinmirlər. İstər televiziya kanallarında, istər internet saytlarında, istərsə də kürsülərdən bir-birilərinin əleyhində danışır, hamıdan savadlı, ən təmiz, ən doğru insanın yalnız özlərinin olduğuna işarə edirlər. Halbuki belə davranışlar cəmiyyətə xeyirdən çox zərər vurur. İslam dini hər hansı bir insanı və ya müsəlmanı təhqiri, dedi-qodusunu etməyi, gizli qüsurlarını və eyiblərini açıb ağartmağı qadağan etmişdir.

      Allah-Təala Qurani-Kərimdə belə buyurur: Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! (əl-Hucurat, 12) başqa bir ayədə isə belə buyurur;

      Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (ən-Nur, 19)

      Bəli, bir insanın qüsurunu araşdırmaq, gizli eyiblərini üzə çıxarmaq - istərsə bu, böyük günah olsun - son dərəcə çirkin hərəkətdir. Çünki ola bilsin ki, bu eyiblərdən heç kim xəbərdar deyildi və həmin adam onu xəlvətdə edirdi, hamı tərəfindən bilindikdən sonra isə heç kimdən çəkinmədən açıq-aşakar etməyə başlaya bilər. Bu da cəmiyyət arasında böyük günahların, həyasızlığın yayılmasına səbəb olar.

      Allah Rəsulu (s.ə.s) bir gün minbərə çıxaraq yüksək səslə belə buyurdu: “Ey dili ilə müsəlman olub qəlbinə iman nüfuz etməmiş olanlar! Müsəlmanlara əziyyət etməyin, onları qınamayın, qüsurlarını da araşdırmayın. Çünki kim müsəlman qardaşının qüsurunu araşdırarsa, Allah da onun qüsurlarını araşdırar. Allah kimin qüsurunu araşdırarsa, onu evinin içində də olsa rüsvay edər.” (Tirmizi, 3429)

         Burada Rəsulullah (s.ə.s)-in xitabı ümumidir. Yəni məclisdə müsəlmanlar da vardı, münafiqlər də. Ancaq müsəlman qardaşının dedikdə, nidanın müsəlmanlara aid olduğunu görürük. Yəni bu kimi işləri edənlərdə deməli, münafiqlik əlamətləri var. Doğrudan da Allah  insanı mükərrəm (qiymətli, dəyərli) yaratmışdır.Allahın mükərrəm yaratdığı bir insanı başqaların yanında nüfuzdan salmaq üçün gizli tərəflərini araşdırmaq, onun qeybətini qırmaq, rüsvay etməyə çalışmaq bir müsəlmana yaraşan hərəkət deyil. Hədis alimi İbn Macənin qeyd etdiyi hədisdə müsəlmanın Allah qatında nə qədər şərəfli olduğuna belə şahid oluruq. İbn Ömər deyir ki; “Mən Rəsulullah (s.ə.s)-mi təvaf edərkən gördüm. Ziyarəti əsnasında Kəbəyə baxıb belə deyirdi; “Sən nə qədər təmizsən, sənin qoxun da necə xoş və təmizdir. Sən necə də ulusan, sənin hörmətin də ucadır. Məhəmmədin ruhunu əlində tutan Allaha and olsun ki, bir möminin Allah dərgahındaki hörməti, mal və canının hörməi, sənin hörmətindənn daha böyükdür.”

         Səhabələrdən Misirdə valilik edən Ukbə bir Amirə katibi Düceyn bir gün belə deyir: “Mənim bəzi qonşularım var, şərab içirlər, onları vəzifəlilərə xəbər verim, gəlib aparsınlarmı? Ukbə qəbul etməyib; “Bunu etmə, ancaq onlara vəz və nəsihət et və xəbər verərəm deyib qorxut, -dedi. Mən elə etdim, yenə də əl çəkmədilər. Təkrar Ukbəninn yanına gəldim və: “Mən dediyiniz kimi etdim, amma qulaq asmadılar, içməyə davam edirlər. Artıq məsul şəxslərə xəbər verəcəyəm dedim. Ukbə yenə razı olmadı və: “Vay sənin halına, bunu necə etmək olar?” Çünki mən Rəsulullah (s.ə.s)-dən belə eşitdim: “Kim (mömin qardaşında) bir eyib görər və onu örtərsə, diri-diri torpağa basdırılmış bir qız (uşağını) əhya etmiş kimi olar.” (Əbu Davud, Ədəb 45)  Gördüyümüz bəzi işləri  gizləməklə əmr olunduğumuz halda, görmədiyimiz gizli əməlləri açmaq nə qədər də böyük bir günahdır.

         Hz. Ömərin xəlifəliyi zamanında Əbu Mihcənin evində yoldaşları ilə şərab içdiyi xəbəri verilir. Hz. Ömər dərhal evə basqın edir. İçəridə sadəcə Əbu Mihcənin olduğunu görür. Əbu Mihcən belə deyir; “Ey möminlərin əmiri, bu hərəkətiniz düz deyil. Allah müsəlmanların gizli tərəflərini araşdırmağı qadağan etmişdir.” Hz. Ömər yanındakılardan: “Bu nə deyir?” -deyə soruşdu. Zeyd bin Sabit və Abdurrahman bin Ərkam; “Mihcən düz deyir, ey möminlərin əmiri! Bu etdiyimiz birbaşa müsəlmanın gizli tərəfini araşdırmaqdır.” dedilər. Xəlifə də Mihcəni orada qoyub getdi. (Təbərani) 

         Allah Rəsulu (s.ə.s) bir hədisində də belə buyurur: “Bir bəndə bu dünyada başqa bir bəndənin eyibıinıi örtərsə, qiyamət günündə Allah da onun eyibini örtər.” (Müslim, Birr 72)

       

      • Hits: 670 clicks

      Tecox component by www.teglo.info