İsmət Əmrahov / SOMALİ TƏƏSSÜRATLARI

      Share

      Təyyarə ilə on iki saatlıq yolçuluqdan sonra Somalinin paytaxtı Moqadişuya catdıq. Təyyarədən  enən kimi isti hava sizi qarsalıyır. Təxminən 35 dərəcə. 

      Okean sahili olduğundan rütubət və isti hava hakimdir. Bizi qarşılayan insanlar da istiqanlı və gülərüzdürlər.  Hava limanında dünyanın hər yerində olduğu kimi  təhlükəsizlik cihazları  yoxur. Elə orada da yoxluq ölkəsinə  gəldiyimi anladım. Sən demə Somali dünyaya ayid bir yer deyilmiş.

       Kirə tutduğumuz maşınların arxasında 4-5 silahlı əsgər vardı. Bizi qorumaq üçün vəzifələndirildiklərini söylədilər. Hava limanından cıxmaq üçün səbirsizlənirdim. Elə bu vaxt böyük bir qaldırıcı texnika gətirdilər. Hava limanının girişində yolu kəsmək ücün böyük bir beton bariyer qoyulmuşdu və qaldırıcı yolu açmaq üçün gətirilmişdi. Yola düşdük şəhərə tərəf. İlk gördüyüm mənzərə qızmar günəş altında, kürəyində  yük daşıyan insanlar, ayaqyalın uşaqlar, toz və silahlardı. Zənn etdim ki, şəhərin mərkəzinə doğru vəziyyət düzələr, ama get-gede hər şey daha da pisləşirdi. Hər tərəfdə güllə izləri, partlamış mərmilərin qəlpələrindən geriyə qalan dərin yaralar vardı. İrəlilədikcə dəhşətə düşməmək mümkün deyildi. Xarabalıqdan bir fərqi qalmamışdı Moqadişunun. Bu mənzərə qarşısında insan sanki filmin içində hiss edir özünü. Şəhərdə təzəliklə kiçik ticarət yerləri acılmağa baslayib. Sürücümüz yanacaq doldurmaq istbədiyini bildirəndə  əvvəlcə zənn etdim ki, yanacaqdoldurma stansiyasına girəcəyik, ama Somalidə yanacaqdoldurma stansiyası da yoxdur. Yanacaq 5 litrlik qablarda, yolların kənarında satılır. Maşınımız saatda 10 km sürətlə irəliləyir Moqadişu kçələrində. Asfaltdan əsər-əlamət qalmayib. Ara küçələri kol-kos basdığından elə bil illər uzunu burada insan yasamayıb. Maşının içində bizi görən insanların gözlərində ümid işığı parıldayır. Bəyaz dərili müsəlman qardaşları onların acılarını, dərdlərini paylaşmağa gəlmişdi çünki. Ot basmış ara küçələrdən çətinliklə keçərək bir həyətə gəldik.  Ardarda üç dəmir qapıdan keçdik. Bunlar vətəndaş müharibəsindən geriyə qalan təhlükəsizlik tədibirləriymiş. Uşaqlar başımıza toplanırlar, bizimlə danışmaq istəyirlər. Bu məhəllədə yerli bir təşkilat hər gün 1000 nəfərlik yemək bişirib paylayırmış. Biz də dəstək olsun deyə elə oradaca azərbaycanlı qardaşlarımızın əmanət etdikləri nəzir və şükür qurbanlarının bir qismini kəsdik.  Somalidəki ilk günümün bitməsinə az qalmış bir otelə getdik, yenə bir-birinin ardınca bağlanan dəmir qapılar və silahlı insanlar otellərini qoruyurlar. Hava qaraldıqdan sonra küçələrdə kimsəsizlik hakim kəsilir. Hər küşənin başinda insanlar barrikada guraraq səhərə qədər keşik cəkirlər.

      Azərbaycanımızı Somalidə hər kəsin tanımasını ummaq dogrusu, düzgün deyil. Cunki 20 ildən bəri davam edən vətəndaş müharibəsi,  qıtlıq və aclıq insanları dünyadan tamamilə təcrid edib. Yerli televiziya kanalının belə olmadıgı somalililərdən cox sey gozləməmək lazımdır. Bayragımızı gorən insanlar maraq icində ölkəmiz haqqında məlumat almaq istəyirlər.

      Sürücümüzdən bizi çadır şəhərciyinə aparmasını xahiş etdiyimdə mənə dedi ki, hər tərəf çadırlarla doludur, hamısı da bir-birindən acınacaqlı vəziyyətdədir.  Quraqlıq və qıtlıq insanların Moqadişuya köçməsinə sebeb olub. Çünki az da olsa xaricdən gələn yardımlar Moqadişuda paylanır. Müharibə şərtləri Somalinin digər şəhərlərində yaşayan insanlara yardımların catdırılmasına imkan vermir. Çadır şəhərciyi əslində tullantı brezent və sintetik kisələrdən düzəldilmiş 2 kvadratmetrlik kicik yuvalardir. Bu çadırlarda insanlar günəşin yandırıcı şüalarından qorunurlar. Məişət alətləri yox səviyyəsindədir. Elektrik və təbii qaz olmadığına görə odun kömüründən istifadə etmək məcburiyyətində qaliblar. Pirimitiv vəziyyətdə kömür sobalarnda yardım verilmiş qida maddələrindən yemək hazırlayırlar. Antisanitariya vəziyyətində yaşayan uşaqlar adi xəstəliklərdən ölürlər. Bu səbəbdən Somalidə orta insan ömrü 48-dir. Bizim yaşamaq üçün ehtiyac duydugumuz şeylər Somalidə yoxdur.  Cünki onlar bizim kimi yaşamırlar. Ömürləri bir qarın çörək tapa bilmək üçün çırpınmaqla kecir. 

      Qurban bayramı ərəfəsindəydik... Somalili uşaqların gözləri yollarda, gələcək yardımları, uzanacaq bir qardaş əlinin həsrətindəydi. Fondumuzun topladigi maddi yardımı Qurban Bayramında paylamağın daha doğru olacagını düşündük. İki min ailəlik ərzaq və qida maddələrindən ibarət paketlər hazırladıq. Qurban Bayramının birinci günündə həm qurbanlarımızı kəsdik, həm də ərzaq payladıq. Beləcə somalili qardaşlarımız ikiqat bayram yaşadılar.

      Həyatımız boyunca israf etdiyimiz çörək parçaları, saatlarca boşuna axan sular görəsən neçə somalili uşağın həyatını xilas edə bilərdi? Somalidə doğulmaq onların seçimi deyildi, amma onlara yardım edə bilmək bizim əlimizdədir. Yazımın sonunda Gəncliyə Yardım Fondu vasitəsiylə Somaliyə yardım göndərmiş qardaş və bacılarımıza orada yaşamaq üçün mücadilə aparan insanlar adından təşəkkür edirəm.

      Somalidə  insanlar çox ağır vəziyyətdə yaşayırlar. Əgər buna yaşamaq demək mümkünsə...

      • Hits: 815 clicks

      Tecox component by www.teglo.info