Saleh Əməl-Gözəl Davranış / Mehman İsmayılov

      Share

      İnsanın sosial bir varlıq olduğu fikri həqiqətdir. İnsanın bəşəri aləmi ancaq cəmiyyət içərisində ortaya çıxa bilər. Fərdlə cəmiyyət arasındakı münasibət birtərəfli deyildir. Hər ikisi də lüzumludur.Cəmiyyət və fərd bütövdür. Bunlar bir-birinə bağlıdır.

      İnsan yalnız özü üçün yaşamır. Özü üçün olduğu qədər başqalarının yaxşılığı üçün də yaşayır. İnsanları hərəkətə gətirən faydalı işlər görmək düşüncəsidir. Peyğəmbərimiz  belə buyurur: “Bütün möminlərin bir-birilərini sevməsi,  bir-birilərinə mərhəmət etməsi və bir-birilərinə şəfqət və lütf etmələri bir vücudun  misalına bənzər. O vücuddan  bir üzv xəstələnincə, vücudun digər orqanları  yuxusuz qalaraq və hərarətlə  o xəstə orqanın ağrısını bölüşürlər ”. Yenə başqa bir hədisi-şərifdə Peyğəmbərimiz belə deyir: “Sizdən biriniz özü üçün istədiyi şeyi din qardaşı üçün də istəməyincə iman etmiş olmaz ”. 

               İslam dini cəmiyyətdə insanlar arasında ortaq  yönü saxlayan iki prinsip gətirmişdir:

      1. İman.

      2. Faydalı iş və ya saleh əməl.

               Əməl sözü lüğətdə iş, çalışma və s. mənalara gəlir. Saleh əməl hər hansı bir əməl olmayıb, Allahın rizasını və insanların faydasını ön planda tutan bütün işlərdir. Beləliklə bir əməlin saleh əməl ola bilməsi üçün o başqalarına da fayda verməlidir. İnsan üçün yalnız iman etmək  kifayət deyildir. İman etməklə yanaşı bu imanın vacibləndirdiyi şeyləri də yerinə yetirməlidir.  Bunların da başında saleh əməl gəlir. Qurani-Kərimdə belə buyurulur: “İnsanlar imtahanda keçirilmədən sadəcə “iman etdik”deməкlə  başıboş buraxılacağını mı sandı?” 

              Saleh əməl ilə iman kəlmələri ayrılması mümkün olmayacaq dərəcədə bir-birinə bağlıdırlar. Harada iman varsa orada salihat ( Gözəl işlər) vardır. Saleh əməl davranış yolu ilə əks  olunan imandır. Buna görə də “ əlləzinə amənu və əmilus salihati” ( iman edib saleh əməl işləyənlər) ifadəsi  Quranda ən çox işlədilən ifadələrdəndir:  “ İman edib saleh əməl  işləyənlər Cənnətdə əbədi olaraq  qalacaqlar”    

             Gözəl davranış nümayiş etdirənlərə  salehlər deyilir. Qurana görə” bunlar yaradılmışların ən yaxşılarıdırlar, Allah onlardan, onlar da Allahdan razıdırlar”

             Cəmiyyətdən uzaqlaşan insan özünü mənəvi məsuliyyətdən qurtara bilməz. Özünü məsuliyyətdən qurtara bilməsi üçün insanın başqalarının  yüksəlməsi üçün  onların əlindən tutması və xidmət adamı olması lazımdır. “Cəmiyyətin ağası ona xidmət edəndir”  hədisi bu mənanı ifadə edir.

              Cəmiyyətdə yaxşılıq edənlər, insanlara faydalı olanlar, insanlar tərəfindən necə qiymətləndirilirsə,  Allah tərəfindən də eləcə mükafatlandırılacaq və etdikləri əvəzsiz qalmayacaqdır: “Yoxsa pislik edənlər ölümlərində və sağlıqlarında özlərini inanıb yaxşı işlər görənlərlə bir tutacağımızımı zənn etdilər? Necə pis hökm verirlər”.

              İnsanlar arasındakı əlaqələrin dərinliyi, onların səmimiyyəti ilə bağlıdır. İnsan öz gələcəyini düşünən bir varlıq olduğu üçün gələcəyindən əmin olmaq istər. Gələcəyi düşünüb həyatlarını nizamlayanlar,  hesabları irəliyə doğru olduğu üçün “ geniş çərçivədə” düşünməyə başlarlar. Belə insanlar ətrafına əminlik aşılayarlar; əminliyin tam olması da  gözəl davranışın məhsuldarlığını  artırar. Çünki yaxşı davranışı görən və üstünlük verən bir insan,  istər-istəməz özü də eyni cür davranacaqdır. Beləliklə yaxşılıq bütün sosial əlaqələrdə özünü göstərəcəkdir.

            Burada nəzakətin də ictimai əlaqələlərdə oynadığı rolun əhəmiyyətini bildirmək yerinə düşərdi. Çünki nəzakətli davranma insanın digərinə vermiş olduğu dəyəri göstərir. Əgər bir  cəmiyyətdə nəzakət qaydaları kök salmışsa,  o cəmiyyətdə  yaşamaq insanlara  zövq verəcəkdir.

            Saleh əməl hamını düşünən bir davranışdır. Hər kəsin bir-birinə şübhə ilə baxdığı, bir-birinin quyusunu qazdığı, dedi-qodusunu etdiyi bir cəmiyyətdə rifah və hüzur olmaz. Buna görə də insan əxlaqi xüsusiyyətlərini davranışlarında əks etdirməlidir. Allah insanlar arasındaki münasibətlərin, qəlblərin dərinliklərinə  nüfuz edərək, quruyan qaynaqları yumşaldan və onları bir biriylə möhkəmləndirən sevgi əsasında qurulmasını istər.

              Saleh əməl yaşadığımız həyata məna verən və bizə insanlığımızın dəyərini anladan bir davranış şəklidir. Yaxşılıq etmək başqalarının xoşbəxtliyini və yüksəlməsini istəməkdir ki,  bu da cəmiyyətimizin son dərəcə möhtac olduğu bir ictimai xidmətdir.

       

      İstifadə olunmuş ədəbiyyat:

       

      1. Amiran Kurtkan Bilgiseven, Fert ve Topluluk İlişkileri Bakımından

      Şahsiyet ve Cemiyet Tipolojisi, Fındıkoğlu Armağanı,İÜİF Fakulteler Matbaası, 1977.

       2 İbrahim Kafi Dönmez, “AMEL” ,TDV İSLAM ANSİKLOPEDİSİ, İstanbul, 1991, c. 3, s.13-20.

       3.İsmet Altıkardeş,  Din ve Sosyal Bütünleşme,  Rağbet Yayınları,İstanbul, 2004.

       4.İsmet Altıkardeş, Sosyalİlişkilerin Düzenlenlenmesinde İyi Davranışın  Rolu Salih Amel,Rağbet Yayınları, Istanbul, 2004.

       5.R.M. Macİver, Charles H. Page, Cemiyet,tər: Amiran Kurtkan Bilgiseven, Devlet M.E.B.Kitapları, İstanbul, 1969.

       6.Toshihiko İzutsu,   Kuranda Dini ve Ahlaki Kavramlar, tər: Selahettin Ayaz, Pınar Yayınları, İstanbul, 1997.

      • Hits: 1108 clicks

      Tecox component by www.teglo.info