Saleh ŞİRİNOV / Allaha İman

      Share

      Allah-Təala bütün bəndələrinə belə buyurmuşdur:

      “Məndən başqa İlah yoxdur; yalnız Mənə ibadət edin.”

      Uca Rəbbimiz bu qısa əmrilə bizdən:

      “Ondan başqa ilah olmadığını bilməmizi istəyir. Allaha iman edən birinin heç qopmayacaq bir qulpa yapışdığını söyləyir. Göylərdə və yerdə olan hər varlığın, istəyərək və ya istəməyərək Allaha boyun əydiyini, insanın da İslamiyyətdən başqa bir din axtarmamasının lüzumunu bildirir. Qısacası: Hər kəs Rəbbinə dönməlidir; hər kəs insanı yaradarkən Allahın onun qəlbinə qoyduğu din duyğusunu mənimsəməlidir.”

      Çünki hər kəs Əziz Peyğəmbərimizin (s.ə.s) buyurduğu kimi, Allahın dinini qəbul edəcək bir yaradılışa (fitrətə) sahibdir. Qurani-Kərimin bir çox ayəsində;

      Allaha inanıb gözəl işlər görənlərə bənzərsiz cənnət nemətlərinin veriləcəyi müjdələnir.

      Allaha inanmayanların isə, dünyada və axirətdə fəlakətlərlə qarşılaşacağı bildirilir.

       

      Allahı ən yaxşı tanıdan ayə

      Allah-Təala Qurani-Kərimdə bizə bilməmizi istədiyi qədərilə özünü tanıtmışdır. Onun haqqında ən dəqiq məlumat verən, tək Allah inancını ən açıq şəkildə ortaya qoyan ayə “Ayət əl-Kürsidir.” Peyğəmbərimiz (s.ə.s) bu ayənin Quranın ən böyük ayəsi olduğunu söyləmişdir.

      Ayət əl-Kürsinin mənası belədir:

      “Allah başqa heç bir ilah yoxdur.

      Əbədi, əzəli varlıq Odur.

      O nə mürgü, nə də yuxu bilər.

      Göylərdə və yerdə nə varsa (hamısı) Onundur.

      Allahın izni olmadan (qiyamətdə) Onun hüzurunda kim şəfaət edə bilər?

      O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir.

      Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər.

      Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir.

      Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir.

      Ən uca, ən böyük varlıq da yalnız Odur!” (əl-Bəqərə, 255).

       

      Kəlmeyi-Tövhid

      Bir bəndə Allaha iman etdiyini, yəni mömin olduğunu necə göstərəcəkdir?

      Peyğəmbərimiz (s.ə.s)-in buyurduğuna görə imanın altmış və ya yetmiş qədər şöbəsi vardır. Bunların ən başında “lə iləhə illəllah” sözü gəlir.

      “Lə iləhə illəllah” deyən şəxs Allahın bir və tək olduğunu söyləmiş olur. Bu sözə kəlmeyi-tövhid deyilir.

      Kəlmeyi-tövhidin əhəmiyyəti və insana nələr qazandırdığı mövzusunda Allahın Elçisindən hədislər dinləyək:

      “Lə iləhə illəllah deyən cənnətə girəcəkdir.

      Allahdan başqa ilah olmadığını bilərək ölən cənnətə girəcəkdir.

      Son sözü “lə iləhə illəllah” olan cənnətə girəcəkdir.

      “Lə iləhə illəllah” deyən şəxs daha əvvəl nə edərsə-etsin, bu söz onu bir gün qurtaracaqdır.”

       

      Allahın Gözəl Adları

      Məkkəli bütpərəstlər Peyğəmbərimiz (s.ə.s)-dən inandığı ilahdan bəhs etməsini istədikləri zaman Allah-Təaladan qısa şəkildə ən bariz özəlliklərilə bəhs edən İxlas surəsi nazil oldu:

      “De:

      O Allah birdir.

      Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır!)

      O, nə doğmuş, nə də doğulmuşdur!

      Onun heç bir tayı-bərabəri də yoxdur!” (İxlas 1-4)

      Qurani-Kərimdə Allah-Təalanın bəzi isim və sifətləri zikr edilmiş, “Ən gözəl isimlər Allahındır” buyurulmuşdur.

      “Əsmai-hüsna” da deyilən o ən gözəl isimlər bu üç ayədə toplu şəkildə verilmişdir:

      “O, Özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır.

      O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız möminləri bağışlayan Rəhimdir!)

      O Özündən başqa heç bir tanrı (məbud) olmayan, ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır.

      O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Həşr 22-24).

      Əziz Peyğəmbərimiz Allahın ən gözəl isimlərindən (əsmai-hüsnadan) yuxarıda sayılanların da içində olduğu “doxsan doqquz” ismi saymış və bunları əzbərləyib mənimsəyənlərin cənnətə girəcəyini müjdələmişdir.

       

      Hər şeyi edən Odur

      Bir çox ayeyi-kərimələrdən öyrəndiiymizə görə,

      Hər şeyi əlində saxlayan,

      alıb verən,

      yüksəldib alçaldan,

      öldürüb dirildən sadəcə Allah-Təaladır.

      Bu iki ayə yuxarıdakı fikri dəstəkləyir:

      “(Ya Rəsulum!) De:

      Ey mülkün sahibi olan Allah!

      Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan.

      Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!

      Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan.

      Ölüdən diri, diridən isə ölü çıxararsan.

      İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən”. (Ali-İmran 26-27)

       

      • Hits: 687 clicks

      Tecox component by www.teglo.info