Hasan Enes ÜNLÜ / Yetkin Duyğular

      Share

      Ağlayaraq gözlərimizi açdığımız bu həyatda əsl çətinlik gənclik illərində başlayar. Əslində bu göz yaşları ən çılğın zamanlarımızda, yəni yetkinlik illərində başımıza gələcək olanları əvvəldən hiss etdiyimiz üçün o zamana həsr olunmuş, yalnız vaxtından əvvəl axan göz yaşlarıdır. Bir əlimizdə yarım çörək arası kartof qızartması, digər əlimizdə meyvə şirəsi, əynimizdə qısa şort, naxışlı idman köynəyi, ayağımızda ən gözəl idman ayaqqabıları və o dövrün vazkeçilməz futbol topu..

      Nə tez bunları edəcək yaşa gəldilər deyə düşünən ata-analarımızın baxışları altında yavaş-yavaş iztirablı günləri gözləyirik əslində. Bu çətin günlərin əlaməti əslində biz daha bu zövqləri yaşayarkən həyatımızda gün üzünə çıxmağa başlayır. Hələ orta məktəb illərində yoldaşlarımızla ailəmiz arasında bir ziddiyyət içinə girərik. Yuxarı siniflərdə bu ziddiyyət daha da diqqətə çarpan hala gələr. Hələ ailəmizlə aramızda problemlər varsa içindən çıxılmaz bir hal meydana gələr bizim üçün. Yoldaş ən üstündür, anadır, atadır, bacıdır, dostdur bizim üçün.

      Onunla olmaq üçün yalanlar danışılar, vaxt keçirmək üçün hər yola əl atılar. Ailəmiz üçün etməyəcəyimiz bir çox fədakarlığı onun üçün sevə-sevə edərik. Sonunda bizə zərəri olacağını bilə-bilə. Bu vəziyyət bizim üçün çox əyləncəli, zövqlü, sevincli olsa da ailəmiz üçün elə deyil. Onlardan uzaqlaşdığımızı çox rahat bir şəkildə görərlər. Bizə vaxt ayırarlar, bizimlə uşaq olarlar, gəzmək, əylənmək üçün cəhdlər edərlər. Yeganə məqsədləri bizi təkrar qazana bilməkdir. Biz isə bu məqsədlə edilən hər hərəkəti axmaqlıq olaraq xarakterizə edər və bu vəziyyətdən sıxıldığımız üçün onlara qarşı sifətimiz turşudarıq, qaş-qabağımızı tökərik.

      Zaman keçər, məktəb həyatımız bitər. Artıq az da olsa ağlımız başımıza gəlmişdir. Lakin beynimiz və düşüncələrimiz ətrafındakı tüstü, sis hələ dağılmamışdır. Universitet illəri də bu və buna bənzər hadisələrlə gəlib keçər. Ağlımız artıq yerinə gələr. Düşüncələrimiz tamamilə dəyişmək üzrədir. Vaxtı ilə üzünü turşutduğumuz, bəyənə bilmədiyimiz ata-analarımızın əslində həyatlarımızda ən mühüm yerə sahib olduqlarını anlamağa başlayarıq. Onlar da bunun fərqindədirlər və ona görə də xoşbəxtdirlər. Yaxşı, biz bu vəziyyətin tam tərsini etsəydik o illərdə necə olardı görəsən. Ən hərəkətli, çılğın, enerjili illərimizdə ailəmizin yanında olsaydıq, onlarla şüurlu formada vaxt keçirib, danışıb, dərdləşib, çətinliklərimizi onlarla paylaşsaydıq, onların yanımızda olmasına icazə versəydik indiki biz qat-qat güclü, müvəffəqiyyətli və həyatı daha yaxşı analiz etmiş bir şəkildə yeni həyatımıza mərhaba deyərdik.

      Yaxşı, o illərdə ailəmizlə vaxt keçirib irəliləyən illərdə yoldaşlarımıza yaxınlaşsaq onlar ailəmizin göstərdiyi xoş üzün nə qədərini bizə göstərərdilər? Bu problemin cavabı nə qədər də nisbidir.

      Öz etdiklərimizi düşünüb gülümsəyərik. Amma vaxtı ilə etdiyimiz və bunları edərkən özümüzü haqlı gördüyümüz, bunların xaricində başqa bir ehtimal belə vermədiyimiz o illəri öz uşağımızın yaşamasından nigaran olaraıq. Küçədə ən qiymətli varlığımızı oyun oynarkən seyr edib keçmişə qayıdıb təbəssüm edərik, bu yaşa nə tez gəldi deyə çaşarıq və onun ən gözəl illərində öz uşaqlığımızı xatırlayar, onun da vaxtilə biz tərəfdən buraxılan səhvləri edəcəyini düşünərək narahat olarıq. Bunları bizə yaşatmasını istəmərik. Lakin biz yaşatdığımız üçün peşman olmaqla-olmamaq arasındakı xətti də tam olaraq çəkə bilmərik. Hər nə olursa olsun, bir xatirə olaraq həyatımızda böyük bir iz qoymuşdur və sevə-sevə izah edərik bu gənclik illərimizi.

      Arxamıza dönüb baxdığımız zaman heç bitməsin dediyimiz gənclik illərimiz bir samanın tutuşub yanması kimi ani bir parlama ilə gəlib keçmişdir. Yaşanılan hər şeyə, edilən hər səhvə baxmayaraq bu illəri yaşamaq bir çox şeyə dəyər əslində.

      • Hits: 826 clicks

      Tecox component by www.teglo.info