Home Arxiv 2011 № 57. Avqust Saleh ŞİRİNOV / Yardımlşamaq


    Saleh ŞİRİNOV / Yardımlşamaq

      Share

      Müsəlmanın hədəfi yaşadığı müddətdə yaxşılıq etmək, Allaha qarşı gəlməməkdir.

      Bu ali hədəfə çatmaq üçün bütün müsəlmanlar bir-birinə yardım etməlidir; günah işləməkdə və həddi aşmaqda əlbir olmamalıdır. Çünki bunu Allah-Təala belə əmr edir.

      Bu ilahi əmri yerinə yetirmək üçün necə davranmaq lazımdır?

      Əziz Peyğəmbərimiz bunu belə açıqlayır:

      “Bir müsəlman din qardaşına zalım da olsa, məzlum da olsa yardım etməlidir.” Yəni məzlumun əlindən tutmalı, zalımınsa əlinə vurmalıdır. Zalımın zülmünə mane olmaq ona yardım etməkdir.

      Müsəlmanlar necə yardımlaşmalı?

      Müsəlmanların necə yardımlaşacağını Allah və Rəsulu belə açıqlamışdır:

      Müsəlmanlar bir-birinin qardaşıdır; onlar bir bədən kimidir. Göz ağradıqda bütün bədənin ağrıması kimi; baş ağradıqda bütün bədənin ağraması kimi onlar da bir-birinin dərdinə həssasdır, laqeyd deyildir.

      Möminlər qardaş olduqları üçün bir-birini sevməli, qorumalı, bir-birinə mərhəmət etməlidir. Bədənin bir üzvü xəstə olduqda insan yuxusuz qaldığı kimi, qızdırmadan yandığı kimi, onlar da bir-birinin acısını ürəyində hiss etməlidir.

      Başqa bir ifadəylə möminlər bir-birinə möhkəm şəkildə bağlanan binalar kimidir.

      Heç kim din qardaşına zülm və haqsızlıq etməməli, qardaşını düşmən əlində qoymamalıdır.

      Müsəlman bunu da bilməlidir ki;

      Bir müsəlman din qardaşının ehtiyacını təmin edərsə, Allah da onun ehtiyacını təmin edər.

      Sıxıntısını aradan qaldırarsa, Allah-Təala da onun qiyamət günündəki bir sıxıntısını aradan qaldıracaqdır.

      Ayıbını, qüsurunu örtərsə, Allah-Təala da da onun ayıbını, qüsurunu örtəcəkdir.

      Qısacası, bir kimsə müsəlman qardaşının yardımına getdiyi müddətcə, Allah-Təala da ona yardım edəcəkdir.

      Bu yardımlaşma ailə fərdlərinin bir-birinə yardım etməsini də əhatə edir.

      Ev işlərində xanımına yardım edən bir şəxs Peyğəmbər əxlaqı ilə əxlaqlanmış sayılır.

       

      Yardımın min bir şəkli

      İnsanlara yardım etməyin bir çox forması vardır. Bunları Peyğəmbərimizdən öyrənək:

      Birinə yaxşı, doğru və gözəli tövsiyə etmək, xətasını göstərib “Bunu etmə!” demək bir yardımdır.

      İki küsülünü barışdırmaq bir yardımdır.

      Miniyə minməkdə çətinlik çəkən, əşyasını yükləməkdə əziyyət çəkən birinin əlindən tutmaq bir yardımdır.

      Yol soruşana yol göstərmək bir yardımdır.

      Gəlib keçəni narahat edən bir şeyi yoldan uzaqlaşdırmaq bir yardımdır.

      Bir iş görənə yardımçı olmaq, işini bacara bilməyənin işini görmək bir yardımdır.

      Hətta heç kimə zərər verməmək, pilsik etməkdən uzaq durmaq da insanın öz-özünə yardım etməsidir.

      Bir müsəlman dərdini öz imkanlarıyla həll edə bilmirsə, ona vasitəçi olmaq əhəmiyyətli bir yardımdır. Birinə vasitəçi olan etdiyi yaxşılığın savabını görəcəkdir.

       

      Müştəriyə asanlıq

      Borcunu ödəyə bilməyən kimsəyə anlayış göstərmək də böyük bir yardımdır.

      Bir gün Rəsuli-Əkrəm (s.ə.s) Allah-Təalanın hüzuruna gətirilən bir zəngindən bəhs etdi:

      “Haqq-Təala ondan “sənə verdiyim zənginlikdən necə istifadə etdin?” -deyə soruşdu. O da özündən alış-veriş edənlərə güzəş etdiyini, əli darda olanlara möhlət verdiyini söylədi. Bunun üzərinə Allah-Təala “Mən yardım etməyə səndən daha layiqəm” -deyərək onu əfv etdi.

      Yenə Peyğəmbərimiz (s.ə.s) borcunu ödəyə bilməyənə möhlət verən və ya alacağının bir qismini hətta hamısını bağışlayan kimsəni Allah-Təalanın qiyamət günündə ərşinin altında kölgələndirəcəyini müjdələdi.

      Yardım edən yardım görər

      Hər kəs sıxıntısını Peyğəmbərimizə açardı. O da qapısına gələnə əvvəlcə öz imkanlarıyla yardım etməyə çalışar, edə bilməzsə səhabələrindən yardım istəyərdi və onlara etdikləri yardımın qarşılığını Allahdan alacaqlarını söyləyərdi.

      Bir yaxşılığa öndərlik edənə, o yaxşılığı edən qədər savab veriləcəyini ifadə edərdi.

      Əziz Peyğəmbərimiz yəmənli əşarilərin yardımlaşma şəklini çox bəyənərdi:

      Onlar savaşa gedib yeyəcəkləri tükənməyə başlayınca və ya Mədinədə ikən ailələrinin yeyəcəyi azaldıqda yanlarında qalanı gətirib bir yerə yığar, sonra da onu aralarında bərabər şəkildə bölüşərdilər.

      Rəsuli-Əkrəm onların bir-birinə bu cür arxa durmalarını çox bəyənər; “Əşarilər məndən, mən də onlardanam” -deyə iltifat edərdi.

      Qiyabında müdafiə etmək

      Müsəlmanlar bir-birlərini hər vəziyyətdə müdafiə etməlidirlər.

      Din qardaşının olmadığı bir yerdə onun əleyhində danışılıb həqarət edilən bir yerdə, onu müdafiə edə biləcək bir vəziyyətdədirsə, gözünü qırpmadan onu müdafiə etməlidir. Belə etdiyinə görə Allah da ona yardım edəcəkdir.

      Din qardaşını müdafiə edə biləcəyi halda müdafiə etməzsə, Allah-Təala da onu yardıma möhtac olduğu bir yerdə yalnız buraxacaq, qiyamət günündə insanların gözü qabağında kiçik düşürəcəkdir.

      Buna bir misal verək:

      Bir gün Peyğəmbərimiz (s.ə.s) bir səhabənin evinə getmiş, qonşuları da orada toplanmışdı. İçlərindən biri Malik bin Duhşunun harada olduğunu soruşdu. Başqa biri Malikin Allahı və Rəsulunu sevməyən bir münafiq olduğunu söylədi. Rəsulullah (s.ə.s) də dərhal onu müdafiə etdi:

      “Elə demə! Onun səmimi bir şəkildə lə iləhə illəllah dediyini görmürsənmi?” buyurdu.

      Bir misalı da səhabələrin həyatından verək:

      İsti bir yay günü Peyğəmbərimiz əshabıyla birlikdə Təbuk səfərinə çıxmışdı. Təbuka çatdıqda Kab bin Malikin harada olduğunu soruşdu. İçlərindən biri onun qüruru üzündən bu səfərdə iştirak etmədiyini bildirdi. Əslində Malik qüruru üzündən deyil, bəzi əhəmiyyətsiz bəhanələrlə bu səfərdə iştirak etməmişdi. Orada olan əshabi-kiramdan Muaz bin Cəbəl:

      “Ya Rəsulallah! Biz onun haqqında hər zaman yaxşı şeylər bilirik” deyərək qardaşını qiyabında müdafiə etdi.

      Kab bin Malik də onun bu yaxşılığını heç vaxt unutmadı.

      Qısacası:

      Allah-Təalanın ən çox sevdiyi şəxs insanlara ən faydalı olandır. Onun ən çox sevdiyi davranış insanları sevindirmək, sıxıntılarını təmin etmək, borclarını ödəmələrinə yardımçı olmaq, acların qarnını doyurmaqdır.

       

      • Hits: 679 clicks

      Tecox component by www.teglo.info