LOĞMAN HELVACI / SÜKUNƏT

      Share

      Əvvəlki saylarımızda iman və həyəcanla yazılan kitabların, əsərlərin necə müsbət nəticələr doğurduğunu, ağla-xəyala gəlməyən yerlərdən iman gətirən insanların inancına vəsilə olduğunu sizinlə paylaşmışdıq. “Son Nəfəs” adlı kitabımızdan təsirlənən çox sayda oxucumuzdan biri olan kanadalı Cümanə xanımın aşağıdakı məktubunu oxuduğunuzda onun qırıq və hüznlü könlünə bir kitabın necə məlhəm olduğunu görəcəksiniz.

      İflic olmuş kanadalı qızcığaz

      Sizə salam olsun, ey iman əhli! Ey mənə yenidən ruh, əzimət və rahatlıq verənlər!

      Mən Cümanə adlı gənc bir qızam. İyirmi bir yaşım var və Kanadada yaşayıram. Beş il əvvəl keçirdiyim yol qəzası nəticəsində iflic oldum. O gündən bu yana əlil arabasına məhkumam. Lakin qəribə burasındadır ki, o hadisə məni Allaha yönəltmədi, əvvəlki həyatıma davam etdim.namaz qılmır, oruc tutmurdum. Bunun səbəbi İslamdan və Allaha itaətdən uzaq bir ailədə böyüməyim ola bilərdi.

      Mən qəlb rahatlığının nə olduğunu bilməzdim. Fəqət illər keçdikdən sonra internet formlarından birində türk əsilli olduğunu zənn etdiyim müəllif Osman Nuri Topbaşın “Son Nəfəs” kitabı ilə tanış olduqda qədərim dəyişdi və həyatım səadətlə dolu bir həyata çevrilməyə başladı. Bədənim ölüm qorxusundan titrəyərək bu kitabı oxumağa başladım. Lakin bir müddət sonra qəlbimdə rahatlıq hiss etdim. Birdən-birə vanna otağına necə keçdiyimi, qüsl və dəstəmaz almaq üçün anamdan kömək istədiyimi görüb fərqli duyğular keçirdim. İstiğfara və tövbəyə başladım. Atam razılıq verməsə də geyimimdə təsəttürə riayət etməyə qərar verdim.

      Bu kitabı oxuduğum gündən bəri, yəni bir həftədir rahatlıq və sükunət hiss edirəm. Çünki Allah-Təala məni haqq yoluna çəkdi.

      “Ey Rəbbim, məni bağışla, bu kitabın sahibini ən gözəl şəkildə mükafatlandır. Firdovs cənnətini ona məqbul qıl, ona sağlıq və afiyət ver. Ona ummadığı yerdən ruzi yetir. Ey Rəbbim, dünya və axirətdə ona istədiklərini ver. Bizi cənnətdə onunla görüşdür! Amin, ya Rəbb!”

      Ustadım! Başıma gələn bu iflic xəstəliyindən xilas olub şəfa tapmağım və səbirli olmağım üçün mənə dua edin!

      ***

      Bu kimi məktubları aldıqca bu sualı veririk öz-özümüzə:

      Əcəba, bu əsərlər çap olunarkən bu qədər uzaq məsafələrdən səmimi qəlblə edilən belə dualar alınacağı ağla gəlirdimi? Hər halda ixlasla yazıldığı üçün ağla gəlməyən və umulmayan yerlərdən xeyir-dualar gəlir. Qismət olarsa, gələn saylarımızda da gələn məktubları sizinlə paylaşmağa davam edəcəyik.

      • Hits: 624 clicks

      Tecox component by www.teglo.info