Ülvi MƏMMƏDOV /MƏHŞURLARDAN NÜANSLAR

      Share

      İNANMAZLAR

      Bir gün Osmanlı padşahlarından Sultan Mahmud dövlət adamlarıyla bir yerə gedərkən yolda rastına bir uşaq çıxır. Sultan cibindən bir qızıl dinar çıxarıb uşaa verir. Qəribə burasındadır ki, uşaq pulu qəbul etmir. Bu hadisəyə təəccüb edən Sulyan Mahmud ondan nə üçün pulu qəbul etmədiyini soruşur. Ağıllı və dərrakəli uşaq bu cavabı verir:

      - Evə getsəm atamla anam bu pulu hardansa ourladığımı düşünüb məni danlayacaqlar.

      Sultan Mahmud da:

      -    Padşah verdi deyərsən, - dedikdə uşaq bu cavabı verir:

            -    Onda heç inanmazlar. Padşah versəydi bu qədər az verməzdi, -deyərlər.

      MƏN DOSTA GÜLLƏ ATA BİLMƏRƏM

      Bir gün Hüseyn Arif ovçu yoldaşları ilə birlikdə ova gedir. Hamı ov edir, amma Hüseyn bir dəfə də olsun tüfəngi üzünə qaldırıb barmaıyla tətiyə toxunmur. Axırda hamı vurduu şikarla geri qayıdır. Elə bu vaxt yaxınlıqdan bir tülkü qaçır. Yoldaşları Hüseyni səsləyirlər:

      - A şair, tez ol, heç olmasa bunu vur.

      Hüseyn tüfəngi üzünə qaldırıb nişan alır, tətiyi çəkhaçəkdə qollarını aşaı salıb tülkünün arxasınca baxır. Yoldaşları təəccüblənirlər.

      -    A şair, niyə vurmadın?

      -    Bir dostum var, ona yaman oxşadı. Mən dosta güllə ata bilmərəm, qoy yaşasın.

       

       

      QARDAŞLIQ

      Mövlana həzrətləri müridləriylə birlikdə bir gün yolda gedərkən üç-dörd itin bir-birinə sarılıb yatdığını görürlər. Bu zaman müridlərindən biri bu gözəlliyə qibtə edərək belə deyir:

      -    Nə gözəl qardaşlıq nümunəsi. Kaş ki, bütün insanlar bundan ibrət alsın! Mövlana həzrətləri təbəssüm edərək belə cavab verir:

      -    Aralarına bir sümük at, o zaman görəcəksən qardaşlıqlarını.

       

       

       

       

      SƏN BELƏ GEYDİKDƏN SONRA

       

      Yavuz Sultan Səlim dövlət işlərində olduğu kimi, şəxsi xərcləmələrində də sadəliyi ön planda tutardı. Dəbdəbəli, bərbəzəkli paltarlar geyməyi sevməzdi. Bəzəkli paltarların qadınlara yaraşdığını düşünər və kişilərin belə geyinmələrini düzgün hesab etməzdi.

      Günlərin birində oğlu şahzadə Süleyman bərbəzəkli paltarlar geyinərək, bahalı mücövhərlər taxıb atasının hüzuruna çıxır.

      Oğlunun halını görən padşah bunları söyləyir:

      - Sən belə geydikdən sonar anan nə geyinsin, Süleyman? Taxmaq üçün anana mücövhər saxlamamısan.

      BİZ ZORLA ÇATIRIQ

      Sultan Mahmud xan zamanında tanınmış bir nəfər Ramazan ayında dost-tanışlarını iftara dəvət edir. Məşhur şair İzzət Molla da dəvətlilər arasında idi.

      Yatsı azanı oxunur və camaatla təravih namazına dururlar. İmamlıq edən adam az qala iki səcdəni bir edəcək qədər namazı tələsik qıldırırmış. Beş dəqiqəyə təravihin onuncu rükətinin təhiyyatına çatırlar. Bu zaman çöldən bir nəfər gəlib bunların namaz qıldıqlarını görüb:

      “Hazır dəstəmazım varkən mən də namaza çatım” –deyib səfə durduğu anda camaat salam verir. İzzət Molla çevrilib belə deyir:

      -          Ay kişi, biz içində ikən çata bilmirik, sən çöldən qəlib necə çatacaqsan?

      SİZİN SORUŞACAĞINIZ

       

      Bir Ramazan günü padşah III Mustafanın vəziri Rağib Paşanın evində söhbət əsnasında paşa şair Haşmətdən soruşur:

      -          Sənin də borcun vermı, Haşmət? Şair bu cavabı verir:

      -          Var, Əfəndim!

      -          Nə qədər?

      -          Məhəllə baqqalına min quruş, qəssaba beş yüz quruş…

      Rağib Paşa sualının anlaşılmadığını düşünərək:

      -          Mən onu soruşmuram. Oruc borcun varmı, onu soruşuram. Şair bu suala da belə cavab verir:

      -          Paşam, oruc borcunu Allah soruşar. Sizin soruşacağınız qul borcudur.

      • Hits: 695 clicks

      Tecox component by www.teglo.info