Salih Zeki Meriç /BAYRAM SEVİNCİ YARIDA QALANLAR

      Share

      Böyük həyəcanlarla gözlənir bayramlar. Sevinclərin arta-arta yaşandığı müstəsna anlar və paylaşıldığı zamanlardır bayramlar. İnsanlar sanki bir duyğu dənizinə dalarlar. Bir an hər kəs yaşadığı acıları, iztirabı unudar. Ya da ətrafdakılar ona bütün dərdlərini unutdurar.

      Bir də bu dərdləri unutmayan, unudacaq atmosferi tapmayanlar var.

      Bu bayramda kim necə sevinməli, yaxud kimi necə sevindirməli?

      Bayrama məna verəcək, bayramı bayram edəcək ən gözəl davranış hansıdır?

      Çünki bayram insanın daxili aləmində yaşamalı olduğu bir zaman kəsiyi deyildir. Məna qazanması üçün bu zaman kəsiyinin qarşılıqlı yaşanması və bir sıra şeylərin paylaşılması lazımdır.

      Bəlkə də bu gözəl günümüzü mənalı hala gətirmək üçün ən yaxınımızdan başlamalıyıq. Ən yaxınımızdan: anamızdan, atamızdan, əmimizdən, xalamızdan…

      Bir də bayramı yalnız keçirənlər var. Daha doğrusu yalnız keçirmək məcburiyyətində qalanlar.

      Kimlərmi?

      Alt-alta yazsaq bu siyahı bir xeyli qabarıq olar. Siyahıya əlavə olunan hər insan sinfi bir mənada bizim cəmiyyətin qanayan yarasıdır.

      Kimsəsiz uşaqlar. Gözlərini dünyaya küçədə açmış, ata-ana şəfqətindən yoxsul, bir nəfəs sevgiyə möhtac kimsəsiz uşaqlar. Onlar bayramı necə keçirir, bunu düşündükmü heç? Bir Ramazan bayramı ata-anası olmayan bir uşaq üçün nə ifadə edər? Hər halıyla küçədən bəslənən, küçələri özünə məskən bilmən bir uşaq üçün bütün bayramları önünə sərsəniz nə ifadə edər? İnsan hər gözəlliyi yaşarkən bir tərəfdən də özünü başqalarının yerinə qoymalıdır. Sahib olunan hər gözəlliyin qiyməti bir az da bu zaman anlaşılır. Özümüzü, yaxud da övladımızı kimsəsiz bir uşağın yerinə qoysaq bu istirabı, bu acını bir azcıq da olsa anlayarıq.

      Kiçikkən yaşadığımız və həyatımızın ən gözəl bayram xatirələri kimi yadda saxladığımız bayram anlarımızı heç yaşamamış, yaşamayacaq, sabahın böyükləri olan kimsəsiz uşaqlar üçün digər günlərdən fərqi nədir bayram gününün?

      Qocalar evləri var bir də. Hansı ki, insan bir anlıq özünü onların yerinə qoysa qəribə bir narahatlıq yayılır qəlbinə. Tərk edilənlər, evindən çıxarılanlar, unudulanlar. Yaşlılıq halı səbəbiylə cəzalandırılan insanlar. Bu insanlar bayramı necə yaşaya bilərlər ürəklərində? Sevincləri varmı paylaşmağa? Bizin onlara qayğımız olmazsa onlar özlərinə necə güvənəcəklər?

      Bayram öz isti ocağımızda ailəmizlə birlikdə yaşadığımız gözəl duyğular olmamalıdır elə isə. Dərdlərə şərik olmalı, sevinc verməliyik.

      Yetimlər. Qədərinə kimsəsizlik düşən məsumlar. Heç ata görməmiş, ana səsi eşitməmiş və bir şəфqətli əl saçlarını oxşamamış yetim uşaqlar. Bu körpələr bayram səhəri nə hisslər yaşayarlar görəsən? Öz uşaqlarımıza baxaq. Öz uşaqlarımıza aldığımız özəl hədiyyələri gözümüzün önünə gətirək. Yatağının baş ucuna qoyduğu, bayram səhəri geyinəcəyi gözəl patlarları düşünək. Yetim bir uşağın bu duyğuları yaşaya bilməməsi nə qədər acı verir insana.

      Bir də xəstələr var. Amansız bir xəstəliyin pəncəsində həyat sürmək. Hətta o xəstəliklə bu fani dünyadan köçüb gedəcəyinə inanmaq. Bu duyğuları yaşayan bir insan nə ilə və necə sevinə bilər. Hansı hədiyyə onu həyata bağlaya bilər yenidən? Sabahın qayğısını çəkməməsi üçün nə ümid verər onlara? Bir xərçəng xəstəsi, vərəm xəstəsi… Ya da əlacı tapılmamış başqa bir xəstəlik. Bəlkə sevinclə, şəfqətlə baxan bir cüt göz onlara ümid verə bilər, təsəlli olar. Hər gün xəstəlik səbəbiylə ölümə bir az daha yaxınlaşmaq necə duyğudur görəsən?

      Gəlin, bu bayram heç görmədiyimiz işlər görək. Gəlin, bu bayram vərdişlərimizdən uzaqlaşaq. Gəlin, bu bayram sevincimizi qəlbiqırıqların yanında yaşayaq. Boynubüküklərlə olaq.

      Necə?

      Yaşadığımız şəhərdə ən yaxınlığımızdakı qocalar evini ziyarət edəcəyimiz siyahının başına qoyaq. Uşaqlarımızın əlindən tutub, ailəmizi yanımıza alıb qapısında bir ziyarətçi gözləyən, ümidi tükənmiş o yaşlı adamları bir günlük də olsa sevindirək. Onlara gücümüz nisbətində hədiyyələr alaq. Əllərini öpək, dualarını alaq.

      Məsələn, bir yetimlər evi müəyyənləşdirək yaşadığımız şəhərdə. Yetimliyi bir də onların gözlərindəki sevgiyə susamışlıqda görək. Hər axşam evimizdə birzi gözləyən balalarımıza aldığımız oyuncaqlardan bir günlük də olsa o yetimlər evindəki balalara alaq. Onların başını oxşayaq. Onların gülüşləri ilə sevinək.

      Yaxud da siyahımıza bir xəstəxana qoyaq. Əlimizə çiçəklər alıb bu bayram bir xəstəxanaya gedək. Dərdlərinə şərik olaq o insanların. Onlara bir gün də olsa unudulmadıqlarını hiss etdirək.

      Bayramlar gəlib keçər. Elə deyilmi? Geriyə acıların tortası qalar. Öz hesabımıza neçə nəfəri sevindirdik, neçə könlə girdik və neçə adama ümid işığı olduq? Hesabımıza yazılacaq olan da bu deyimli? Yoxsa acımasız küçələrdən, xəstəxana dəhlizlərindən ya da qocalar evləri pəncərələrindən duyacağımız ah-nalə mahiyyətli bu misralar olacaqdır.

      Bayram gəlmiş nəyimə

      Anam, anam qəribəm.

      Qan damlar ürəyimə

      Anam, anam qəribəm.

      Yaralarım sızlayar

      Anam, anam qəribəm.

      Həkim gəlmiş nəyimə

      Anam, anam qəribəm.

       

       

      • Hits: 899 clicks

      Tecox component by www.teglo.info