Mübariz ƏLİOĞLU / SƏDAQƏT

      Share

      Uca Allah Qurani-Kərimdə belə buyuyrur:

      “Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər. Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandıracaqdır.” (əl-Əhzab, 23-24)

      İnsanlıq tarixi bir-birindən fərqlənən mənəvi dəyərlərin yer üzərindəki hakimiyyəti ilə səciyyələnən dövrləriözündə birləşdirən möhtəşəm bir həyat məktəbidir. Bu məktəbin pillələri ilə addımladıqca cəhalət və nadanlığın tüğyan etdiyi məqamları, səadət çağlarının çiçəkləndiyi zaman kəsimləri ilə birgə seyr etmək mümkündür. Şübhəsiz ki, kainatı aydınladan vəölümləri ilə ərşi titrədən qəhrəmanların yaşadığı dövr insanlıq aləminin əldə etdiyi bütün müvəffəqiyyətlərin fövqündə dayanmaqdadır. Əsri-Səadət və ya başqa bir ifadə ilə Allah-Təalaya və Onun Rəsuluna həqiqi bir sədaqət əsrinin canlı tarixə çevrilmiş bütövlüyü bu gün də mahiyyətimizi silkələməkdə və onu tərbiyə etməkdədir. İlahi hidayətin qiyamətədək sönməyəcək bahar təravətli nəfəsini sədaqət əsrində yaşanmış xatirələrin işığında daha aydın anlamaq mümkündür.

      Allah Rəsulu (s.ə.s) belə buyurur:

      “İsra (merac) gecəsində Cəbrayıla (ə.s) dedim: -“Mənim qövmüm mənə bu hadisə ilə bağlı inanmaz.” Cəbrayıl (ə.s) belə buyurdu: - Əbu Bəkr sənə inanar. O, siddiqdir.” (Süyuti, Camiul-Kəbir)

      “Əbu Bəkrdən (r.a) başqa İslamı təklif etdiyim hər bir kəs bir qədər düşünmüşdü. Əbu Bəkr (r.a) heç tərəddüd etmədi!” (Deyləmi)

      Allaha səmimi bir şəkildə iman edərkən və miqyasına görə bəşəri təfəkkürün mahiyyətinə yerləşmə imkanları məhdud olan məşhur Merac hadisəsində Əbu Bəkr Siddiq həzrətlərinin Allaha və Onun Rəsuluna qarşı duyduğu və yaşadığı möhtəşəm bir sədaqəti bu ali hissin təməlini təşkil edən müstəsna bir səadətdir. Bu məqamı sözlə ifadə etmək həddən artıq çətin bir məsələdir. Çünki Əbu Bəkr sədaqətini anlatmaq bu səadəqətin qazanılması üçün Peyğəmbərlərdən sonra insanların ən üstünü olmaq şərəfinə layiq görülən bir bəşəri hərtərəfli şəkildə tanıma bacarığına bağlıdır. İslam dininin yer üzündə möhkəmlənməsi və təşəkkül tapması üçünömrünün son saniyələrinədək apardığı mübarizənin hər anında gözlərimizönündə Əbu Bəkr Siddiqin Rəbbinə və Onun Rəsuluna yönələn sonsuz bir sədaqəti canlanmaqdadır. Ənəs bin Malikdən rəvayət edilən digər bir hədis sədaqət məqamının ehtişamını necə də ətraflı şərh edir:

      Əbu Talha Rəsulullah (s.ə.s)önündə diz çökər və ox torbasını yerə qoyaraq belə deyərdi: “Üzüm üzünə sipərdir, canım da canına fədadır!” (Əhməd, 3/261)

      Səhabələrin keçmiş olduğu sədaqət məktəbi dövrün bütün mümkün sınaqlarından uğurla keçərək insanlığa əbədi bir ibrət nümunəsi halına gəlməsi hadisələrin mənasından çox gözəl anlaşılmaqdadır. Səhabə əsrinin sədaqətlə dolu olan şanlı tarixi əsrlərlə bəşəri münasibətləri qidalandıraraq mənəvi çılpaqlıqlarıörtən canlı bir sərmayə hökmünə sahib çıxmışdır. Bu mənəvi sərmayənin bəşəri təfəkkürə ehtiyacı nisbətində yerləşdirilməsi həm qarşılıqlı, həm ailə, həm də cəmiyyətdəki münasibətlərin sağlam əsas üzərində bina edilməsinə sözsüz ki, misilsiz bir yardım göstərəcəkdir. Hz. Xədicə (r.anhə) anamızın Rəsulullaha (s.ə.s) olan sədaqəti milyonlarla İslam ailəsinin ibrət alaraq həyatlarına tətbiq edəcəyi müqayisəsiz bir ədəbdir:

      Yenicə iməkləməyə başlayan balaları Qasımın vəfatı ilə əlaqədar hüznlənən Xədicə anamızöz üzüntüsünü belə dilə gətirdi:

      “Ya Rəsulallah! Nə olardı Allah Qasımınömrünü südəmər dövrünü tamamlayana qədər uzadardı.” Bunun müqabilində Allah Rəsulu (s.ə.s): “O, süd dövrünü cənnətdə tamamlayacaq.” Xədicə (r.anhə) anamız buna çox sevindi və: “Əgər bunu əvvəlcədən bilsəydim Qasımınölümü mənə daha yüngül gələrdi, ya Rəsulallah!” -dedi. Rəsulullah (s.ə.s) də: “İstəyirsənsə, Allaha dua edim, sənə onun səsini eşitdirsin.” –dedikdə, Allaha və Rəsuluna həqiqi sədaqətin təmsilçisi olan Xədicə (r.anhə) anamız: “Xeyr, ya Rəsulallah! Allah və Rəsulunu təsdiq edirəm.” -dedi.” (İbn Macə, Sünən, 1/484)

      Hz. Əlinin (r.a) sədaqətini ümmətinə duyurmaq istəyən Sevimli Peyğəmbərimiz (s.ə.s) bir gün ondan bunları soruşdu:

      “İnsanlar axirət məsələsində istəksiz davranaraq dünyaya aid istəklərini aldatma vəsiləsinə çevirərək onu sadəcə lazımi insanların arasında bir qiymət halına gətirərlərsə, onda sənin halın necə olar?” Bunun müqabilində Hz. Əli (r.a): “O zaman mən dünyalarını tərk edərəm, üstün tutduqları ilə onları baş-başa buraxaram. Allah və Rəsulunu, axirəti üstün tutaram. Bu halımla da sizə yetişincəyə qədər haqq üzrə səbir edərəm.” -demişdi. Bu müqayisəsiz sədaqətin mükafatına şəhid edilərkən qovuşan Hz.Əlinin (r.a) son dəqiqələri ilahi rəhmət və mərhəmətin sərhədlərə sığmayan səltənətini elan etməkdədir. Hz. Əli (r.a): “Mən bu gün sizdən ayrılıram.” -buyurdu. Hz.ömərə (r.a) nikahladığı qızı Ümmü Gülsüm hıçqırıqlarını boğa bilmədikdə ona baxdı və: “Niyə ağlayırsan, qızım?! Mənim gördüklərimi görmüş olsaydın, əsla ağlamazdın.” -dedi. Yanındakı dostu: “Nəyi görürsən, ey möminlərin əmiri?” -deyə soruşduqda, Hz. Əli (r.a) bu cavabı verdi:

      “Burada mələklər və Nəbilər səf tutmuşlar. Kainatın Fəxri Məhəmməd Mustafa (s.ə.s) də buradadır. Mənə deyir ki: -Ey Əli! Sənə müjdələr olsun! Bu an gəlməkdə olduğun yer, içində olduğundan çox-çox xeyirlidir!” (B.Burak, Həzrət Əli, səh. 135-137)  

       

      • Hits: 826 clicks

      Tecox component by www.teglo.info