Akif Hüseyinli /Müdriklərdən öyüdlər

      Share

      1.                   Gözünü aç, başdan-ayağa Allah kəlamı olan Qurani-Kərimə bax! Quranın bütün ayələri ədəb təlim  edir. 

      2.                   Bilmiş ol ki, ədəb  insanın bədənindəki ruh kimidir.  Əslində ədəb Allah adamlarının gözü və könül nurudur.

      3.                   Əyər şeytanın  başını əzmək istəyirsənsə, gözünü aç və gör ki,  şeyanın qatili ədəbdir.

      4.                   İman nədir? deyə ağlımdan soruşdum.  Ağıl, qəlbimin qulağına, “iman, ədəbdən ibarətdir.” deyə fısıldadı.

      5.                   Ədəbi olmayan,yalnız özünə pislik etmiş olmaz. Ədəbsizliyi səbəbiylə bütün aləmi yandırmış olar.

      6.                   Könül kimin əlindən tutarsa, o insan, kirli  arzuların bataqlığına düşməz.

      7.                   Könlü xoş olmaq, mənən yüksəlmək istəyirsən könüllər almağa, qüruru, lovğalığı tərk etməyə çalış.

      8.                   Könlün nə olduğunu ancaq könül sahibləri bilər. Ruhsuz  (könülsüz) adam könlün qiymətini nə bilsin.

      1. Günahdan, psliklərdən təmizlənməməyinin səbəbi nə? Dəstəmazınla günahlarını yu ki, namaz vaxtı gəldi.
      2.  Ey qaranlıq gecəni yuxuda keçirən mömin! Dua etmək zamanı gəlmədimi? Ey pislik etməyi adət eləmiş nəfs! Yaxşılıq etmək zamanı gəlmədimi?
      3.  Səni qəbrə qoyduqları vaxt üzünü qibləyə çevirəcəklər, o vaxt deyəcəksən ki, kaş bundan əvvəl bu tərəfə çevrilmiş olaydım.
      4.  Sən indi həyatda ikən bu qiblədən nur və işıq al ki, o işıq sənin qəbrini aydınlatsın.
      5.  Ölüm yolda dayanıb gözləyir, bizim cənab isə gəzib əylənmək sevdasındadır.
      6.  Ölüm onu xatrlamağımızdan belə bizə yaxındır.
      7.  Dirilik istəyirsənsə ölmədən əvvəl öl.
      8.  Həqiqi ölüm səni məzara aparan deyil, səni dəyişdirib eşqə, nura aparandır.
      9.  Alçaq könüllü olmaq kiçiklik deyildir.
      10.  Can nəticədə gedəcəyi yeri arzulamaqdadır.
      • Hits: 817 clicks

      Tecox component by www.teglo.info