Osman Nuri Topbaş / Zikrullah – 1

      Share

      Bir  gün Haqq dostlarindan Üftadə həzrətləri müridləriylə birlikdə çəmənlikdə söhbətə gedir. Onun əmri ilə bütün dərvişlər çəmənliyin rəngarəng çiçəklərlə bəzənmiş yerlərini gəzərək ustadlarina bir dəstə çiçək gətirirlər. Ancaq Əziz Mahmud Hüdayi əlində sapi qirilmiş solğun bir çiçəklə gəlir...

      Digər müridlərin sevinərək əllərindəki çiçəkləri təqdim etməsindən sonra Əziz Mahmud Əfəndi boynunu bükərək sinmiş və solmuş çiçəyi ustadina təqdim edir.

      Üftadə həzrətləri digər müridlərini də irşad etmək məqsədilə onlarin maraqli baxişlari altinda sanki işin sirr və hikmətindən bixəbərmiş kimi soruşur:

      “- Övladim, Mahmud! Hami dəstə-dəstə çiçək gətirdiyi halda sən niyə sapi qiriq, solğun bir çiçək gətirdin?”

      Qazi Mahmud ədəblə başini önə əyərək cavab verir:

      “- Əfəndim! Sizə nə təqdim etsəm azdir. Lakin hansi çiçəyi qoparmaq üçün əlimi uzatsam, “Allah, Allah!” deyərək Rəbbini zikr etdiyini gördüm. Onlarin zikrinə mane olmağa ürəyim gəlmədi. Nəhayət çarəsiz qalaraq zikrinə davam edə bilməyən bu solğun çiçəyi gətirməli oldum…”

       

      DAĞLAR, DAŞLAR ZİKR EDƏRKƏN…

      Allah-Təala yaratdiği canli-cansiz bütün məxluqatina özünü tanitmiş və onlari daimi surətdə zikrlə vəzifələndirmişdir. Bu səbəblə bütün məxluqat biz dərk etməsək də öz dillərində və xüsusiyyətləri gərəyi təbii və ahəngli şəkildə zikr halindadir. Yəni Allahi taniyib itaət etmək keyfiyyəti yalniz insana məxsus deyil. Hətta digər varliqlarin qeyri-ixtiyari də olsa bu xüsusda bir çox insandan daha yüksək səviyyədə olduğu ifadə edilmişdir.

      Ayeyi-kərimədə buyurulur:

      “…Biz dağlari və quşlari Davudla birlikdə (Allahi) təqdis edib tərifləsinlər deyə ona ram etdik.”  (əl-Ənbiya, 79)

      Rəbbimizin dağlarin, daşlarin, quşlarin zikrini xəbər verməsi və buna bənzər bütün bəyanlari zikr xüsusunda cansiz varliqlardan və heyvanlardan daha qafil qalmamasi üçün məxluqatin əşrəfi qilinan insan oğluna açiq bir xəbərdarliği mahiyyətindədir.

      Aşağida verəcəyimiz misal da bu xüsusda nə qədər mənalidir:

      Həzrət Peyğəmbər r yolda gedərkən bir qrup insanla rastlaşdi. Minik heyvanlarinin üstündə olduqlari halda söhbət edirdilər. Onlara belə buyurdu:

      “Heyvanlariniza, onlari yormadan minin və (istifadə etmədiyiniz zaman da) gözəl şəkildə istirahət etdirin. Onlardan yolda və küçədə etdiyiniz söhbətlər üçün kürsü kimi istifadə etməyin. Elə minilən heyvan vardir ki, belinə minəndən daha xeyirlidir və Allah-Təalani ondan daha çox zikr etməkdədir. (Əhməd, İİİ, 439)

      Məhz bu həssasliq səbəbiylə arif möminlər Allahi zikr etdiyi üçün zərrədən kürrəyə qədər bütün varliqlara ülvi nəzərlə baxarlar. Sari çiçəklə dərdləşən Yunus Əmrənin“Mənim bir qarişqaya ulu nəzərim vardir…” buyurmasi da bu hikmətin bir ifadəsidir.

      Ayeyi-kərimələrdə buyurulur:

      (Ey insan!) Məgər göylərdə və yerdə olanlarin Günəşin, Ayin və ulduzlarin, dağlarin, ağaclarin və heyvanlarin, insanlarin bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da (qəflətləri səbəbiylə) əzab vacib olmuşdur…” (əl-Həcc, 18)

      “Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahi təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onlarin təqdisini anlamazsiniz…” (əl-İsra, 44)

      Kainatdaki bu ilahi zikr proqramindan yalniz cinlərin və insanlarin qafilləri məhrumdur. Çünki cinlər və insanlar imtahana tabe tutulmuş və iradə sahibi varliqlardir. Buna gör də xeyrə də, şərə də istedadlari vardir. Bu səbəblə Allaha qulluqdan uzaqlaşib əmrinə müxalif davranmaq bədbəxtliyi məxluqat içində yalniz bu iki zümrənin çaşqin qəflətinə xas olan haldir.

      Rəbbimizin ayeyi-kərimələrdə məxluqatin belə zilkr halinda olduğunu bəyan etməsi Allahi unudub dünyaya dalan qafillərə sanki “Görmürsünüzmü, uğruna Məni tərk etdiyiniz dünya da əslində Məni zikr edir və Mənim ilahi hökmranliğima tam bir təslimiyyətlə boyun əyir” mesajini verməkdədir. 

      Nəticə etibarilə kainati dolduran varliqlardaki bu möhtəşəm zikr, təsbih və ibadət proqrami qarşisinda Allah tərəfindən mükərrəm qilinmiş olan insan oğlunun ibrət almamasi, üz-gözünü turşudaraq zikrdən uzaq qalmasi nə böyük bir aldanişdir!..

      Fəqət ayeyi-kərimədə də buyurulduğu kimi insan oğlunun idraki – ilahi imtahan sirrinə əsasən – məxluqatin özünəxas dillə zikr etməsi gerçəyinə qarşi pərdəlidir. Məxluqatin zikrini eşidə bilmək ancaq zikr və təsbihin ruhaniyyəti altinda, təqva üzrə yaşanan xalis bir qulluq həyatiyla könlün saf hala gələrək həqiqət aləminə vaqif olmasi halinda və Rəbbimizin lütf etdiyi ölçüdə mümkündür. Eynilə Hüdayi həzrətlərinin misalinda olduğu kimi Allahda fani olub zikrin həqiqətinə çatmiş bəzi Haqq dostlari – Allah istərsə - bu ümumi qəflət pərdəsini bir azciq aralamağa müvəffəq ola bilərlər.   

      Necə ki, nəbəvi tərbiyə altinda yetişən seçkin səhabələrdən Abdurrahman bin Məsud t in: “Biz boğazimizdan keçən loğmalarin təsbihlərini eşidəcək hala gəlmişdik!” buyurmasi da bu həqiqətin açiq bir misalidir. (Buxari, Mənaqib, 25)

      Hilyətul-Övliya adli əsərdə bildirildiyinə görə Muğirə bin Hakiməs-Sənani hər kəs gözünü yumub yatdiği zaman dənizə gedər və oradaki canlilarla birlikdə zikr edərdi. (Əbu Nuaym, Hilyə, 10/141)

      Yenə Haqq dostlarindan Şah Nəqşibənd həzrətləri də xəstələrə, kimsəsizlərə, hətta heyvanlara xidmət etmiş və qəlbi Allahin zikriylə o qədər riqqətə gəlmişdi ki, heyvanlarin iniltili şəkildə həzin səslərlə Haqqa dua etmələrini duymağa başlamişdi.

      Xülasə, qəlb gözü açiq olan bir insan bütün aləmin ilahi təcəllilərdən ibarət olduğunu dərk edər, hər şeydə ilahi sənəti seyr edər. Kainatdaki hər zərrə ona ilahi bir dirilişdən xəbər verər. Kiçik quşlarin bir damci ürəklərindən gələn fəryad nəğmələri belə Haqqa təşnə könüllər üçün ən duyğulu təsbihlərdir…

       

      ZİKRİN AÇARLARİ

      Haqq dostlari daima Allah ilə olub zikrin həqiqətinə çatdiqlari üçün hər hal, hərəkət və sözləriylə Allahi xatirladirlar. Hədisi-şəriflərdə də:

      “İnsanlar arasinda Allahin zikrinin açarlari vardir. İnsanlar onlari gördükləri zaman dərhal Allahi xatirlarlar.” (Heysəmi, X, 78)

      “(Allahin vəli qullari) üzlərinə baxildiqda Allah-Təalani xatirladan kimsələrdir.” (İbn Macə, Zöhd, 4)

      Belə insanlari Haqqin bir lütfü bilib onlardan mənən istifadə etməyə çalişmaq lazimdir. Çünki onlar olduqlari bölgələr üçün ilahi bir rəhmətdirlər.

      Haqq dostlarini belə bir mərtəbəyə yüksəldənsə zikrullahi yüksək qəlbi keyfiyyətlə yaşamalaridir. Əşrəfoğlu Rumi həzrətləri bu həqiqətə işarə edərək zikri üç mərtəbəyə ayirir:

      “Birinci, dil zikr edərkən könlün ondan qafil olmasidir. Bu, avamin zikridir.

      İkinci, həm dil, həm də könüllə zikr etməkdir ki, bu, xavassin zikridir.

      Üçüncü isə həm dillə, həm könüllə, həm də bütün əzalarla zikr etməkdir. Bu da xassul-xavassin zikridir…

      Səhrada susuzluq səsəiylə ağli başindan çixmiş bir adam su tapib içmədən susuzluqdan xilas olmaz. Onun yalniz “Su, su!” deyə inildəməsi susuzluğunu söndürməz… Talibin də könlü əvvəlcə Allahin məhəbbətiylə yanmalidir. Ondan sonra vüslət susuzluğu ona qalib olur və şövqə, iztiraba gəlir. Vüslət hasil olmadan da qəlb doyum həddinə çatmaz…”[1]

      Deməli, dilin zikri qəlbin zikri ilə ahəng təşkil etməlidir. Əks halda dil zikr edərkən ruh başqa yerlərdə gəzirsə qəlb Allah ilə deyil, masiva ilə bərabərdirsə o zikrdən bir fayda gözləmək əbəsdir.

      Haqq dostu Mövlana həzrətləri deyir ki:

      “Ağizla, dillə, eşitmədən, düşünmədən (tutuquşu kimi) edilən zikr nöqsan bir xəyaldir. Şahanə, yəni can-dildən, heyranliq duyaraq edilən zikr isə sözlərdən də, kəlmələrdən də azadədir… Ey Onu tapmadiği halda sadəcə Onun adini yetərli bilən insan! “Hu” qədəhindən içmədən mənlik arzularindan necə qurtula bilərsən?”

      Yəni Allahi zikr etmək sirf “Allah” ləfzini təkrarlamaqdan ibarət deyildir. Zikr ancaq hissiyyatin mərkəzi olan qəlbdə özünə yer etdiyi zaman niyyət və əməllərin düzəlib səviyyə qazanmasina vəsilə olur. Buna görədir ki,

      “Zikrin başi tövhid (Haqqi bir tanimaq),

      Ortasi təcrid (Haqdan başqa bütün varliqlardan qəlbi təmizləmək),

      Sonu isə təfrid (sadəcə Allahla baş-başa qalib hər an Onun rizasini axtara bilmək)dir.” –deyilmişdir.

      Həzrət Peyğəmbər r də təfrid əhli haqqinda: “Müfərridlər yarişi qazandi” buyurmuş, əshab:

      “- Müfərridlər kimdir, ya Rəsulallah?” –deyə soruşduqda da:

      “- Allahi çox zikr edən kişilərlə qadinlardir” –deyə cavab vermişdir. (Müslim, Zikr, 4)

      Həzrət Əli t da səhabələrin zikr halini belə təsvir etmişdir:

      “Onlar Allahin ismi zikr edildiyi zaman firtinali bir gündə ağaclarin küləkdən təsirləndiyi kimi sarsilar, göz yaşlari paltarlarina süzülərdi.” (Əbu Nuaym, Hilyə, 1/76)

      Deməli, zikr quru-quruya təkrarlamaq deyildir. Əksinə, həqiqi bir zikr Haqqin əzəmətini təfəkkür etmək, ilahi qüdrət axişlari qarşisinda duyğulari dərinləşdirmək, qəlbi masivadan təmizləyib Haqda fani olmaq və daima Allah ilə bərabərliyi təmin edərək zikr etməkdir. Yalniz belə bir zikr maddi-mənəvi bəlalara qarşi bir zireh ola bilər. Buna görə də “yer üzündə “Allah, Allah” deyildiyi müddətdə qiyamətin qopmayacaği”na dair nəbəvi bəyani qəlbi riqqətlə zikr edənlər var olduqca qiyamətin qopmayacaği şəklində anlamaq da mümkündür.

      Rəbbimiz Onu necə zikr edəcəyimizi belə bildirir:

      “Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldirmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!” (əl-Əraf, 205)

      “Rəbbinin adini zikr et və (hər şeyi buraxib) Ona tərəf yönəl.” (əl-Muzzəmmil, 8)

      Yəni zikr əsnasinda bütün varliğimizla Allaha yönəlməliyik. Zikrdən məqsəd də daha çox qəlbin zikridir. Qəlbin oyanmasi, qəflət tozlarindan silkələnməsi, qorxu ilə titrəməsi və Allahin nuruyla dolmasi üçün kamil mənada ifa edilən bir zikrin feyz və ruhaniyyətinə ehtiyac vardir.

      Necə ki, Haqq dostlarindan Abdullah bin Hubeykdən:

      “- Saleh insanlari necə ayird edə bilirsiniz?” –deyə soruşdular. Belə cavab verdi:

      “- Saleh insanlarin gözəl adətlərindən biri gecə-gündüz Allahi anmalaridir. Onu anmaq qəlb və dillə olur. Ancaq qəlbin zikri daha üstündür…

      Qəlblərinizi Allahi anmaqla dirildin. Onun qorxusuyla dolurun. Onun sevgisiylə nurlandirin. Ona qovuşmaq arzusuyla sevindirin və bilin ki, Ona olan sevginiz dərəcəsində yüksələr, niyyətlərinizin doğruluğu ilə nəfsinizi məğlub edər, şəhvətlərinizə qalib gələrək əməllərinizi təmiz qila bilərsiniz…”

      Digər tərəfdən zikrullah açarlari olan Haqq dostlarinin qəlbləri zikrlə dirilik tapib haqqi batildən, doğrunu əyridən ayird edə biləcək bir nura qovuşduğu üçün haqqin və xeyrin ən dəqiq kompasi halina gəlmişdir. Bu səbəblə ixtilaf və tərəddüdlərin həllində bu kimi şəxsləri axtarib tapmaq və onlarin fikirlərinə etibar etmək lazimdir. Necə ki, ayeyi-kərimədə buyurulur:

      “Əgər bilmirsinizsə, zikr əhlindən sorşun!” (ən-Nəhl, 43; əl-Ənbiya, 7)

       

      ZİKR MƏCLİSLƏRİ

      Zikr əhlini nemət bilib onlarla ünsiyyət qurmaq və onlarin məclislərinə davam edib zikr halqalarinda iştirak etmək böyük bir səadətdir. Bunun əksinə, qafillərin məclislərinə getmək də o nisbətdə böyük bir fəlakətdir. Necə ki, Rəbbimiz zikr əhli olan saleh möminlərlə birlikdə olmaği, buna müqabil, zikrdən nəsibsiz qafillərdən də uzaq durmaği belə əmr edir:

      “Səhər-axşam Rəbbinin rizasini diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar (nəfsini qoru). Fani dünyanin bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi (Qurani) xatirlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!” (əl-Kəhf, 28)

      Yenə bu xüsusda Həzrət Davud u in duasi da çox ibrətlidir:

      “İlahi! Səni xatirlayib zikr edənlərin məclislərindən məni ayirma! Əgər qafillərin məclisinə getmək istərsəm, mən ora getmədən ayaqlarimi qir! Çünki Sənin belə etməyin mənim üçün böyük bir lütfdür.” (Ehya, İ, 852)

      Digər tərəfdən Allahin anildiği zikr məclislərinin Haqq qatinda çox böyük qiyməti vardir. Əziz Peyğəmbərimiz r bu gerçəyi belə ifadə etmişdir:

      “Bir qrup insan Allahi zikr etmək üçün bir yerə toplaşarsa, mələklər onlarin ətrafina yiğişar, Allahin rəhməti onlari bürüyər, üzərlərinə səkinət enər və Allah-Təala onlari yanindakilara tərifləyər.” (Müslim, Zikr, 38, 39)

      Yenə bir gün Rəsulullah r:

      “Allah-Təala qiyamət günü bir topluluğu dirildər ki, onlarin üzü nurdan parildamaqdadir. İncidən düzəldilmiş minbərlər üstündə otururlar və bütün insanlar onlara qibtə edərlər. Bunlar nə peyğəmbərlər, nə də şəhidlərdir.” buyurmuşdur.

      Bir bədəvi dərhal dizləri üstə çökərək:

      “- Ya Rəsulallah, nə olar onlarin kim olduğunu bizə xəbər ver!” –dedi.

      Fəxri-Kainat belə izah etdi:

      “- Onlar müxtəlif qəbilə və bölgələrdən olduğu halda  Allah üçün bir-birini sevən və Allahi zikr etmək üçün toplanaraq Onu ananlardir.” (Heysəmi, X, 77)

      Həmçinin Rəsulullah r bir gün əshabina zikr halqalarinin fəzilətini bəyan etmək üçün:

      “Cənnət bağçalarina baş çəkdiyiniz zaman oradan layiqincə istifadə edin.” –buyurdu.

      Əshabi-kiram:

      “Cənnət bağçasi sözü ilə nəyi qəsd edirsiniz, ya Rəsulallah?” –dedikdə də belə cavab verdi:

      “Zikr halqalarini.” (Tirmizi, Dəavat, 82/3510)

      Səhabələrdən Əbu Hüreyrə t da belə buyurur:

      “Yerdəki insanlar göydə ulduzlari parlaq gördükləri kimi göy xalqi da yer üzündə zikrullah olan evləri o cür parlaq görürlər.” (Ehya, İ, 852 )

       

      ZİKRULLAH – ƏN BÖYÜK İBADƏT

      Əcdadimiz “Hafizeyi-bəşər nisyan ilə məluldur” demişdir. İnsanliğin nisyan və qəflət illətinə, yəni unutma zəifliyi və qəlb qatiliği xəstəliyinə qarşi Allahin könüllərdəki mənəvi varliğini və ülvi mövqeyini təzələmək daima Onu xatirdə tutmaq və qəlbi Onunla canlandirmaq lazimdir. Qulu Rəbbinə yaxinlaşdiran ən qüvvətli rabitə olan zikr də təfəkkürdəki durğunluğu, beyindəki dumani yox edən, dini hökmləri ifa xüsusundaki rəğbəti artiran mənəvi bir dəstək və feyz vəsiləsidir.

       Bu mənada Quran tilavəti, namaz, oruc, həcc, təsbih, təhmid, tövhid, təhlil, təkbir, istiğfar kimi Allahi anmağa vəsilə olan bütün ibadətlər “zikr” mahiyyətindədir. Necə ki, təfsirçi Bursəvinin bəyaniyla:

      “Allah-Təala “Allahin zikrinə tələsin” (əl-Cumuə, 69) ayəsində namazi “zikr” olaraq adlandirmiş və “Məni zikr edin” əmrinin bütün itaət və ibadətləri ehtiva etdiyini bildirmişdir.” (Ruhul-Bəyan, İİ, 95-96)

      Həmçinin Abdulvahhab Müttəqi həzrətlərindən:

      “-Talibin daima zikrdə olmasi lazimdir deyirlər. Bu necə mümkündür?” –deyə soruşulduqda bu cavabi verir:

      “- Xeyirli əməllə məşğul olan daima zikrdədir. Namaz qilmaq zikrdir, Quran oxumaq zikrdir, dini elmləri öyrənmək və öyrətmək zikrdir. Hər bir xeyirli əməl zikrdir.”

      Digər tərəfdən bütün ibadətlər Allahi ayiq bir qəlblə zikr edə bilmək ölçüsündə qiymət qazanir. Allahdan qafil olan qəlblə edilən ibadətlərsə zikrin feyzindən məhrumdur.

      Yəni zikr ibadətlərin içində zəruri olan xüsusiyyətlərdən biridir. Bunu Əziz Peyğəmbərimiz r hədisi-şəriflərində belə buyurmuşdur:

      “Beytullahi təvaf etmək, Səfa və Mərvə arasinda səy etmək və şeytan daşlamaq Allahin zikrini iqamə etmək üçün əmr edilmişdir.” (Əbu Davud, Mənasik, 50/1888)

      “Kim Allaha itaət edər, əmr və qadağalarina haqqiyla riayət edərsə, Onu zikr etmiş olar, (nafilə) namazlari, oruclari və Quran tilavəti az olsa da!”

         Kim də Allaha qarşi üsyan halinda olarsa (günahlari tərk etməzsə) Allahi zikr etməmiş olar, (nafilə) namazlari, oruclari və Quran oxumasi çox olsa da!” (Heysəmi, İİ, 258)

      Bir səhabə Rəsulullah r in yanina gələrək:

      “- Hansi cihadin savabi daha böyükdür?” –deyə soruşdu. Rəsulullah r:

      “- Allah-Təalani ən çox zikr edənin cihadi!” –buyurdu. Səhabə:

      “- Hansi orucun savabi daha böyükdür?” –deyə soruşdu. Rəsulullah r:

      “- Allah-Təalani ən çox zikr edənin orucu!” –buyurdu.

      Sonra həmin səhabə namaz qilanlar, zəkat verənlər, həccə gedənlər və sədəqə verənlər üçün də eyni suali verdi. Fəxri-Kainat r bu suallarin hər birinə:

      “- Allah-Təalani ən çox zikr edəninki!” –buyurdu.

      Bu zaman Əbu Bəkr t Həzrət Ömər t a:

      “- Ey Ömər! Allahi zikr edənlər xeyrin hamisini süpürüb apardilar!” –dedi. Bunu eşidən Peyğəmbər r onlara baxdi və:

      “- Bəli, elədir!” –buyurdu. (Əhməd, İİİ, 438; Heysəmi, X, 74)

      Həmçinin Rəsulullah r namazdan sonra və yatağa girərkən edilən təsbihatin fəzilət və savabindan bəhs etdikdən sonra belə buyurmuşdur:

      “Sizdən biri namaz qilarkən şeytan yanina gələr və: “filan şeyi xatirla, filan şeyi xatirla!” –deyər. Namazdan ayrilana qədər vəsvəsəsinə davam edər. Nəticədə insan bu təsbihati belə tərk edər. İnsan yatağina girdikdə də şeytan yanina gələr, (bu zikrləri etmədən) yatirmağa çalişar və yatirar da.” (Tirmizi, Dəavat, 25/34104; Əbu Davud, Ədəb, 99-100/5065)

      Yəni Allahi xatirlamaq zehni və qəlbi Ona bağlayib Onu anmaq, ibadətlərin məqbul olma şərtlərindən biridir. Necə ki, ayeyi-kərimədə buyurulur:

      “(Ya Rəsulum!) Quranda sənə vəhy olunani oxu və namaz qil. Həqiqətən, namaz (insani) çirkin və pis əməllərdən çəkindirər. Allahi zikr etmək şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir!” (əl-Ənkəbut, 45)

      Dinin dirəyi sayilan namaz ibadətinin də “zikr” olaraq ifadə edilməsi zikrin sanki ibadətlərin can damari mövqeyində olduğunu dəstəkləməkdədir. Belə ki, zikrsiz bir ibadət Haqq qatinda əskik və qüsurludur.

      İbn Abbas v bu ayeyi-kərimədəki “…Allahi zikr etmək şübhəsiz ki, daha böyükdür…” bəyanini iki cür təfsir etmişdir:

      1. Allah-Təalanin sizi zikr etməsi sizin Onu zikr etməyinizdən daha böyükdür.

      2. Allahi zikr zikrsiz olan hər ibadətdən üstündür. (Ehya, İ, 847)

      Bir sözlə desək, ibadətdən məqsəd Allahi xatirlamaq, Ona təzim etmək və qulluğumuzu ərz etmək surətiylə Onu zikr etməkdir. Lakin bu həqiqəti nəfsani və şeytani bir təvillə ifrata götürüb ibadətləri xəfif görmək şəklində başa düşmək də hədsiz təhlükəlidir.

      Eşq və cəzbə halindaki zikri özü üçün yetərli zənn edərək digər ibadətlərə əhəmiyyət verməmək sirati-müstəqimdən ayrilmaqdir, nəfsani bir yola düşməkdir, ibadətlərin əsas məqsədini anlamamaqdir. Çünki zikr eynilə dua kimi ibadətin əsas xüsusiyyətlərindən biri olaraq bütün ibadətlərin içində vardir. Onu ibadətlərdən ayri düşünmək və ya ibadətlərin yerinə qoymaq əsla doğru olmaz.

      Belə ki, Allahin Həbibi r belə qulluqda insanliğin zirvəsi olmasina baxmayaraq fərz ibadətlərə əlavə olaraq gecələr ayaqlari şişənə qədər namaz qilardi. Elə isə zikr sayəsində kim hansi mərtəbəyə çatirsa-çatsin, heç vaxt özünü digər qulluq məsuliyyətlərindən azad görə bilməz. Əksinə, zikrin feyz və ruhaniyyəti möminin qulluq şüurunu və səylərini daha da artirar.

      Bununla birlikdə namaz, oruc kimi ibadətləri ifa etməklə zikr vəzifəsini tam olaraq yerinə yetirdiyini düşünərək bunlarin xaricində heç bir zikrə və virdlərə lüzum görməmək də böyük bir cahillikdir. Çünki Rəbbimiz bizim çox zikr etməyimizi istəyir. Bu isə ibadətlərdən sonraki hallarimizin da, hətta hər nəfəsimizin zikrin mahiyyəti içində olmasinin çox açiq bir təlqinidir. Bu səbəblə də kamil möminlər bütün ömürlərini “Rəbbini tərifləyib şükür et, səcdə edənlərlə birlikdə ol! Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” (əl-Hicr, 98-99) əmrinə tabe olaraq yaşamağa çalişarlar.

      Rəbbimiz əda etdiyimiz bütün ibadətləri rizasina müvafiq eyləsin. Uca Zatini qəlb və bədən ahəngi içində zikr edib könüllərimizi zikrullahin ruhaniyyətiylə doldura bilməyi hər birimizə nəsib etsin.

      Amin!..


      [1] Bax. Müzəkkin-Nüfus, səh. 351-352. İnsan Yayınları, İstanbul 1996

      • Hits: 848 clicks

      Tecox component by www.teglo.info