Afiq İsgəndərov / Həyat DƏFTƏRİNDƏN

      Share

      VARLI ALİM

      Osmanlılar zamanında Üçbaş Nürəddin Həmzə Əfəndi adlı məşhur bir alim varmış. Pulunu xərcləməyə qıymayıb yığarmış. Ata minməz, köhnə paltar və ayaqqabı geyinər, beləcə malını toplayarmış. Bu səbəblə xalq arasında “Pullu xoca” kimi tanınırdı.

      Bu müəllim yığdığı pul ilə Fateh Qarakömrükdə əvvəlcə Üçbaş Mədrəsəsini, sonra da Üçbaş Məscidini tikdirmişdi. Bunu eşidən dostları təccüblənmiş və:

      “- Əfəndi, sən pulu bu qədər çox sevdiyin halda xərcləməyə necə qıydın?” -deyə söz atmışlar. O da bu ibrətamiz və düşündürücü cavabı vermiş:

      “- Qiymətli dostlarım! Siz haqlısınız. Mən pulu çox sevirəm. Ona görə də pullarımın dünyada qalmasına könlüm razı olmadı. Onu özümdən əvvəl axirətə göndərdim.”

      YARDIM

      Bir gün dostu yanına gələrək:

      “- Kasıb tələbələr üçün təqaüd pulu topladığınızı duydum. Mən də hər ay bir tələbənin xərclərini vermək istəyirəm.” –dedi.

      Onun bu təklifini məmnuniyyətlə qəbul etdi. Çünki bütün çalışmalarına baxmayaraq müraciət edən tələbələrin çox azına kömək edə bilirdilər.

      Dostu:

      “- Pulumu verəcəyiniz tələbənin məni tanımasını istəmirəm. Mən də onun kim olduğunu bilməməliyəm.” –deyə əlavə etdi.

      Bu həssas insan, təqaüd verdiyi tələbəni minnət altında qoymamaq və etdiyi xeyirlə qürurlanmamaq üçün belə bir şərt irəli sürmüşdü. Bu barədə təminat aldıqdan sonra cibindən pul dolu bir zərf çıxardaraq masanın üstünə qoydu.

      Ona təşəkkür edib yola saldıqdan sonra otağa 18-20 yaşlarında bir gənc girdi. Halından utancaq olduğu görünürdü. Danışarkən solğun yanaqları qızarırdı.

      Onu yandakı kresloya oturdaraq özünü rahat hiss etməsini təmin etdi. Kasıb bir ailənin yeganə övladı idi. Universitetə yeni qəbul olmuşdu və təəssüflər olsun ki, təxmin etdiyi kimi böyrəyində xəstəliyi vardı. Buna görə yardıma ehtiyacı olduğunu böyük bir tərəddüdlə izah etdi.

      Masanın üzərinə onun üçün qoyulduğuna inandı zərfi ona uzadarkən:

      “- Sən narahat olma”, dedi. Hər ayın əvvəli pulun hazırdır, gəl apar.”

      Təqaüdünün bu qədər tez əlinə çatması qarşısında heyrətləndi və nə deyəcəyini bilmədi. Sevinclə yaşaran gözlərini yayındırmağa çalışaraq zərfi aldı və dua edərək cibinə qoydu. Dostunun göndərdiyi zərfləri sahibinə çatdırıb o xoşbəxt anları təkrar-təkrar yaşaya bilmək üçün səbirsizliklə hər ayın əvvəlini gözləyirdi. Hətta xəstəliyi səbəbiylə gəlib təqaüdünü ala bilməyəndə zərfi eyni fakültədə oxuyan yoldaşları ilə göndərirdi.

      Aradan xeyli zaman keçdi. Dostu da etdiyi xeyirxahlıqdan məmnun idi. Ancaq bir gün məsciddə qarşılaşdılar. Dostu çox kədərli idi: “İşlərim yolunda getmədiyi üçün artıq təqaüd verə bilməyəcəyəm” –dedi. Bu sözləri eşidib heyrətə düşdü. Aman Allah, bu necə təcəlli idi?! “Allah səndən razı olsun, artıq o pula ehtiyac qalmadıBir ay əvvəl cənazə namazını qıldığımız tələbə həmin o təqaüd verdiyin adam idi. İndi ona yalnız dua edə bilərik.” –dedi.

      HƏKİM

      Yatqdakı adam, başı üstündəki həkimə:

      - Çox sağ ol, dedi. Mənim üçün zəhmət çəkib xaricdən buraya qədər gəlməyini, yaşadığım müddətcə unutmayacağam.” –dedi.

      Əməliyyat edilən adam, böyük bir xəstəxananın baş həkimi idi. Müalicəsi ancaq xaricdə mümkün olan xəstəliyi anidən artınca, həkim dostları onun belə bir yolçuluğa dözə bilməyəcəyini anlayıb, qurtarma ümidinin azaldığını nəzərə alaraq əməliyyatı özləri etməyə qərar verdilər. Ancaq o sahənin nadir mütəxəssislərdən olan bu gənc həkim hardan xəbər almışdısa Xızır kimi gəlib onu qurtarmışdı.

      Yaşlı həkim, ona edilən bu yaxşılığın əvəzini verəcəyini bilmirdi. Yanındakı gənc adamın əllərini tutub, yenidən həyata qayıtmağın sevincindən elə hey danışırdı:

      “- Əməliyyat üçün məni yatırdığınızda gənclik illərimə döndüm, deyə davam etdi. Hələ bu sahədə yeni idim. Ana bətnindəki bir uşağın ayaqlarından şikəst olduğunu anladım və onu bu şəkildə yaşatmaqdansa öldürməyi düşünərkən, ürək döyüntülərini eşidib qıymadım. Bəlkə də o uşağın yaşamasını istədiyim üçün, Allah səni köməyimə göndərdi.”

      Gənc həkim, ancaq bir atanın övladına qarşı göstərə biləcəyi  nəvazişlə tərləyən əllərini geri çəkərək kənara durdu və dizlərindən aşağı “protez” olan ayağını göstərərək:

      “- Allah heç bir yaxşılığı unutmaz, deyə gülümsədi. Qurtardığınız o uşaq mənəm.” –dedi.

      QƏSSAB

      Mövlana həzrətləri Məcalisi-Səba adlı əsərində belə bir hekayə anladır:

         Nisyə ət satan bir qəssab hesab yazmaq üçün bir gənci yanına işə götürür. Ona:

         “-Filankəsə bu qədər, filankəsə də bu qədər ət verilmişdir.” -deyə yazdırırdı. Günlərin birində bir quş gələrək bir parça ət qapdı. Qəssab, dərhal katibə;

         “-Quşa da yüz dirhəmlik ət, yaz!” -dedi.

         Eyni quş, başqa bir gün yenə adəti üzrə gəlmişdi. Qəssab tələ qurduğu üçün onu tutdu və dərhal başını üzərək digərlərinə ibrət olsun deyə yüksək bir yerə asdı. Bu dəfə katib, qəssaba:

         “-Sənin borcunu əvvəlcə quşun hesabına yazmışdım, indi quşun haqqını sənin hesabına neçə dirhəm yazım?” -dedi. Qəssab fəryad qopardı və:

         “-Ətin hesabı asandır, lakin başın hesabını istəyərlərsə, nə edərəm?” -deyə ağlamağa başladı.

      • Hits: 646 clicks

      Tecox component by www.teglo.info