Fariz Quliyevlə reportaj

    PDF faylını alÇapE-poçt

      Share

      Fariz Quliyev: Dünyada heç nə əbədi deyil!

      (ad-soyad şərtidir)

      İrfan: Neçə yaşınız var?

      Fariz Quliyev: Əlli iki.

      İrfan: Çoxdan ibadət edirsiniz?

      Fariz Quliyev: Beş ilə yaxındır.

      İrfan: Əvvəlki həyatınız necə keçib?

      Fariz Quliyev: İmkanlı ailədə doğulmuşam. Uşaqlıq və gənclik illərim çılğın olub. İxtisasca mühəndisəm. Atam heç nədə bizə korluq verməyib. Uzun illər Rusiyada yaşamışam. Qumardan uzaq olmuşam, amma içki və digər haram işlər görmüşəm. Özünüz bilirsiniz, Rusiyada yaşayan həmvətənlərimizin vəziyyətini, mən nə deyim...

      İrfan: Bəs necə oldu ki, elə bir həyatı tərk edib Allahın yoluna qayıtdınız?

      Fariz Quliyev: Dediyim kimi Rusiyada yaşamışam, yaxşı imkanlarım olub. Atamdan qalma mağazalarımız vardı. Birini özüm işlədirdim, digərlərini kirayə vermişdim. Pulun çoxluğu məni yoldan çıxartdı. Demək olar ki, hər günümü içki və əyləncə məclislərində keçirirdim. Bir də baxdım ki, müflisləşməyə doğru gedirəm, onda artıq gec idi. Əlim ətəyimdən uzun Azərbaycana qayıtdım. Çox fikirləşirdim. Yaşadığım hər şeyi götür-qoy edirdim. Bir gün yaxınlarımdan birinin cənazəsində dərk elədim ki, hər şey fanidir, həyatda heç nə əbədi deyil. Bu gün var, sabah yox. Bütün zövqlər gəlib keçicidir. Quranın dilimizə tərcüməsini alıb oxumağa başladım və bir neçə aydan sonra artıq namaz qılırdım.

      İrfan: İnsanın Allahı unutmasını necə başa düşürsünüz?

      Fariz Quliyev: Əvvəlki həyatım gəlir gözümün önünə.

      İrfan: Rusiyadan qayıtmağınıza peşmansınız?

      Fariz Quliyev: Əsla. Hətta bəzən düşünəndə sevinirəm ki, yaxşı ki, o vaxt hər şey əlimdən çıxdı və mən bura qayıtmalı oldum. İndi Allah bilir hansı içki məclislərində axirətimi yalançı ləzzətlərə qurban verirdim... 

      • Hits: 825 clicks

      Tecox component by www.teglo.info