Home Arxiv 2013 № 79 İyun Eldar Kərimov / Qərbin qəribəlikləri


    Eldar Kərimov / Qərbin qəribəlikləri

    PDF faylını alÇapE-poçt

      Share

      Bu günlərdə oxuduğum bir kitabda qarşılaşdığım maraqlı fikirləri və faktları sizlərlə bölüşmək istədim. Son zamanlar hər kəsin Qərb mədəniyyətinin aliliyindən və mükəmməlliyindən danışdığı bir vaxtda qərbli bir yazıçının gözündən Qərb həqiqətlərini seyr etmək maraqlı oldu mənim üçün. Yazıçı sözün əsl mənasında bizim uzaqdan gözəl gördüklərimizə yaxından şahidlik edib üzdə gözəl görünənlərin həqiqətdə olan  bütün eybəcərliklərini ortaya qoymuşdu. 

       Fəlsəfə, iqtisadiyyat və siyasi elmlər sahəsində bir neçə dəyərli kitabın müəllifi olan Serge Latoughenin “The Westernization of the World” “Dünyanın Qərbləşməsi” adı altında nəşr edilən kitabı Qərbin iç üzünü açıq-aşkar görməyimizə imkan yaradır.

      Bildiyimiz kimi, Qərb artıq coğrafi bir məkandan çox ideoloji bir anlayışa çevrilmiş və  az qala bütün ölkələrin gözlərini dikdiyi sehrli bir mərkəz halına gəlmişdir. Qərb eyni zamanda eynilə Paskalın kainatı kimi mərkəzi hər yerdə olan və çevrəsi heç bir yerdə olmayan qalaktikadır. Qərb beynimizə yaxşı bir şəkildə yerləşmiş böyük bir ictimai maşındır. Qərbin inkişaf məqsədilə təklif etdiyi sənayeləşmə, müasirlik və texnikanın sərhədsiz istifadəsi etirazsız olaraq qəbul edilməkdə və həyat tərzinə çevrilən istehlak, insanların yeganə məqsədinə çevrilməkdədir. Kitabın müəllifi Serge Latoughe isə bu sehrli dünyadan özünü xilas edərək dünyanın qərbləşməsi ilə birlikdə həyat tərzlərinin eyniləşdiyini, düşüncə səviyyəsinin standartlaştığını, mədəniyyətin yerini inkişafın aldığını söyləyir və bu prosesin təhlükələrinə diqqət çəkir.

        Ona görə mərkəzi Qərb olan xəbərlər, nümayişlər, modalar, əxlaqi dəyərlər, siyasi qanunlar, kütləvi informasiya vasitələriylə bir anda bütün dünyanı mühasirə altına alır; iqtisadi-siyasi, “dinlər xaricində bir din” halına gələrək sərhədsiz istehsal, müvəffəqiyyət və istehlak ehtirası bütün dünyaya aşılanır; qloballaşma adı altında insanların əsrlərdən bəri əldə etdikləri mədəni şəxsiyyətləri yox edilir; sözün həqiqi mənasında "toplu insanlıq axtarışı" getdikcə totalitar rejimlə işləyən Qərblilər təəfindən təhlükəyə girir.

      Latoughe bu təhlükəyə qarşı bizə özümüzü bütün dünyadan təcrid etmədən, eyni zamanda dünyadakı böyük inkişaflara də laqeyd qalmadan, həqiqi mənada fərqli mədəniyyətlərin formalaşdırdığı şəxsiyyətlərdən ibarət olan qlobal bir dünyanı dəstəkləməyə çağırır.

      Qeyd edilən maraqlı məqamlardan bir də, tək istiqamətli mədəni hadisələr mərkəzi ölkələrdən (sənayesi inkişaf edən ölkələrdən) başlayır və bütün dünyanı əhatə edir; gözə xoş görünən bütün gözəl görüntülər, sözlər, əxlaqi dəyərlər, hüquqi formalar, siyasi qanunlar, kafilik ölçüləri kütləvi informasiya vasitələriylə (qəzetlər, radiolar, televiziyalar, filmlər, kitablar və videolar) bunları ortaya qoyan vahid bir mərkəzdən Üçüncü Dünya ölkələrinə tərəf istiqamətlənir.

      Xəbər bazarı demək olar ki, dörd agentliyin-Associated Press və United Press (ABŞ), Reuter (İngiltərə), France-Pressin-əlindədir. Dünyanın bütün radioları, televiziya kanalları və bütün qəzetlər bu ajentliklərin abunələridir. Dünya xəbərlərinin 65 % i ABŞ qaynaqlıdır.  Televiziya verilişlərinin 30% - 70%-i isə Mərkəzi Avropadan alınmaqdadır. Bununla birlikdə Üçüncü Dünya ölkələri, inkişaf etmiş ölkələrdən 5 qat daha az kino, 8 qat daha az radio, 15 qat daha az televiziya, 16 qat daha az qəzet kağızı istifadə etməkdədir.

      Müəllif eyni zamanda Qərbin xaçın kölgəsində gizlənməsinə də təmas edir. Belə ki o qeyd edir ki; əksər hallarda Qərbi xristianlıqla xarakterizə edirlər: Ancaq bu doğru deyildir. Əgər həqiqətən də Qərb xristianlıqdan kifayət qədər istifadə etmiş olsaydı, onun sistemi totalitar rejimlə çalışmazdı. Çünki xristianlıqda fərdin şəxsi keyfiyyətlərinə dəyər verilir və onun fərdi hüququ qiymətləndirilir. Qərbdə isə fərdlər cəmiyyət halında hesaba alınır. Elə buna görə də indiki vaxtda İslam dininə üz tutanların sayı  vaftiz olmağı seçənlərdən daha çoxdur. Nəticə olaraq, xristianlıq hər cür mədəni mənşədən uzaqlaşmışdır və bütün insanları (mədəniyyətlərindən qopmuş olmaları şərtiylə) topyekun qəbul edə biləcək qabiliyyətdədir.

      Xülasə, Qərb bizə heç kimin bilmədiyi və sonunda ölüm təhlükəsi olan mənasız məqsədlər üçün insanları və mədəniyyətləri məhv edən bir bomba kimi görünsə də, sadəcə bununla kifayətlənmir. Qərb, eyni zamanda bəşəriyyətin mədəniyyətsizləşdirilməsi üçün bütün insanların özlərinə bir yer tapa biləcəkləri və hər birinin azad vətəndaşı olduğu gözəl bir məkan xülyasını çıxarmış və inkişaf etdirmişdir. Biz də o istiqamətə sevə-sevə gedirik. Qarşıda bizi nələrin və necə təhlükələrin gözlədiyinin fərqinə varmadan. Əsas da olan odur ki, biz də gec olmadan qərbin bizə aşıladığı sonu zülmət olan bəzəkli dünyanın xülyalarından ayılıb öz mili-mənəvi dəyərlərimizə vaxtında sarılmalıyıq.

      • Hits: 744 clicks

      Tecox component by www.teglo.info