Home Arxiv 2013 № 79 İyun Adəm Şahin ./ National Geographic,İnternet və Tabu Sənədli Filmlər-3


    Adəm Şahin ./ National Geographic,İnternet və Tabu Sənədli Filmlər-3

    PDF faylını alÇapE-poçt

      Share

      QƏRİBƏ İŞLƏR

      Cinayət, intihar və qəza hadisələrindən sonra təmizlik işləri görülməlidir. Ölənin yaxınları bunu edə bilməz. Amerikada ölümdən sonra təmizlik işləri aparan “Hadisə yerini təmizləmə şirkətləri”ndə 500-ə yaxın adam işləyir.

      Bir neçə gün diqqət çəkməyən cəsədlərdən üfunət iyi və maye yayılır. 24 saat ərzində kiçik qurdların istilası müşahidə olunur. Qurdlar cəsədi yeyib çürütməyə başlayırlar. Gün keçdikcə qurdlar böyüyür. Qurdun böyüklüyündən cəsədin neçə günlük olduğu bilinir. Xüsusi geyimlərlə müdaxilə edilməlidir.

      Amerikada xüsüsi bir sahədə cəsəd tarlası qurulmuşdur. Cəsədlər suyun içində, torpağın altında, rütubətli və quru yerlərdə saxlanaraq çürümə prosesi mərhələ-mərhələ müşahidə olunur. Əldə olunan məlumatlar ekspertiza üçün böyük əhəmiyyət kəsb edir.

       

      TƏZADLAR

      Sosial varlıq olan insan bəzən öz seçimləri ucbatından cəmiyyətdən təcrid edilir. İngiltərədə də maşınların vurduğu ölü heyvanları yeyən insanlar var. Üstəlik onlar yoxsul və ac insanlar deyillər. Məqsədləri proteini israf etməməkdir.

      Banqladeşdə taxta təknədə yaşayan və cəmiyyətdən təcrid olunan “baba” deyilən ailələr (çay qaraçıları) var. Heç bir işləri yoxdur. İlan oynadır, bitkilərlə müalicə edir və qəribə dərmanlar, iksirlər satırlar. Sabit yerləri yoxdur, ehtiyacları olanda quruya çıxırlar. Heç kim babalarla birlikdə olmağı qəbul etməmişdir.

      TƏCRİD OLUNANLAR

      Cəmiyyətlər insanlara güc və güvən verir. Bəzi insnalar təcrid olunaraq yaşamağı seçirlər. Sidneydə Friqanlar adlanan bir qrup başqalarının artığı ilə qidalanır. Zibilliklərdən yığdıqları ilə qarnını doyduran və əşyalarını da zibillikdən təmin edən bu qrup məcbur olduğu üçün yox, istehlak mədəniyyətsizliyinə və kapitalizmə bəslədikləri nifrət səbəbiylə belə edir. 

      Hindistanda ət almağa pulu olmadığı üçün əsas qida mənbəyi siçanlar olan indanlar yaşayır. Dolanışıqlarını Qanq çayının kənarında cənazə yandırma işləri ilə təmin edən bu adamlar Hindistandakı kasta sisteminin ən aşağı təbəqəsidirlər.

      CƏZALANDIRMA

      1990-2008-ci illər ərzində 20000 arnavult qan davası səbəbilə öldürülmüşdür. Arnavultluqda uşaqlar ölüm qorxusu səbəbiylə uzun illər evdən çıxmırlar. Orada bu hal adi qarşılanır. Minə yaxın uşağın qan davasından və öldürülmə qorxusundan evində məhbus həyatı yaşadığı təxmin edilir.

      Daytonda məhkəmə qərarı ilə cəzası az olan cinayətkarlar həbs olunmaq və utanc yürüşü etmək arasında sərbəst seçim edə bilirlər. Günahkar dörd gün boyu üstündə günahının nə olduğu yazılmış böyük bir lövhə ilə cinayət törədilən ərazidə dolaşır. Məqsəd utanmağın verdiyi əzikliklə peşmanlığı yaşamaqdır.

      DÖYÜŞ KLUBU:

      İnsan gücü və etdikləri ilə qorxaq və ya igid sifətini qazanır. Kaliforniyada rinq, zaman və qaydası olmayan döyüş klubları var. Afrikada da kişiliyi isbat etmək üçün ən gülcü qamçı zərbəsinə dözmək yarışları keçirilir.

      QAN TÖKMƏK

      Heyvan-insan münasibətləri ziddiyyətlərlə doludur. Heyvanlar həm sevilir, həm də öldürülür. Nepalda Hindi tanrılarının  ayaqları altında 400 ildən bəri qurbanlar  kəsilir. Qurban ediləcək heyvanları qəbul edən tanrıça Kalidir. Hər saatda qurban kəsilir, məbəd heç vaxt bağlanmır.

      Qurban ediləcək heyvana su tökürlər, əgər heyvan başını və boyunu yellədərək suyu töksə, o qurban edilir. Suyu sıçratmayandan qurban olmaz.

      QANLI İDMANLAR

      Şiddət insan həyatının təbiətində olan bir şeydir. Göstərilənlər gündəlik həyatın gerçəklərindən qaçışdır (idmanlar, yarışlar, xoruz döyüşləri)

      Amerikalıların 70 faizi ev heyvanı saxlayır. Xoruz döyüşü Amerikanın 2 əyalətindən başqa hər yerində qadağandır. Gladiatorlar hansı səbəbə görə döyüşdürülürdüsə xoruzlar da ona görə döyüşdürülürlər. Öküz güləşi qədər müzakirə edilən başqa bir idman növü yoxdur.

      1900-cü illərdən bəri təxminən 100 matador öküzlər tərəfindən öldürülmüşdür.

      ÖLÜLƏRƏ TOXUNMAQ

      Ölülər xoşa gəlməsə də bəziləri onlara toxunmaq məcburiyyətindədirlər. Ekspertiza ölülərə toxunmağı və onları parçalamağı tələb edir.

      Filippinlərin paytaxtı əhalisi ən çox olan yerdir. Öləndə də izdihamdan qurtuluş yoxdur. Bir milyon ölünün sığdığı nəhəng  qəbiristanlıqlar var. Bahaçılıq və yer  azlığı səbəbiylə daimi məzar almaq mümkün deyil. Hər kəs üçün müvəqqəti məzar kirayələnir, beş il müddətlik qəbrə qoyulurlar. Vaxt sona çatanda qalıqlar çuvala koyuluraq toplu məzara aparılır.

      MƏZARIN KƏNARINDA

      Amerika da ölülərə makiyaj edir, paltar geydirilir, ölümün əsərləri gizlədilir. Hindistan Nepalda cənazə sahibləri Qanq çayında ölünü açıq havada yandıraraq küllərini çaya atırlar. Odunların arasına sonrakı həyatında istifadə etməsi üçün pul da qoyarlar.

      Cənubi Koreya ən çox intihar hadisəsi baş verən sənaye ölkəsidir. Gündə 30-a yaxın intihar hadisəsi baş verir. İntiharlara mane olmaq üçün cənazə simulyasiyalarına baş vurulur. Saxta cənazə və ölüm portretləri hazırlanır. Bir otağa çəkilən insanlar vida məktubu yazarlar. Məktubu insanların hüzurunda oxuyarlar. Bir tabutun içinə girərək 10 dəqiqə orada qalarlar. Məqsəd həyatda əhəmiyyətli olan nədir sualının cavabını tapmaq və həyatın  fürsət olduğunun fərqinə varmaqdır.

       

      NƏTİCƏ:

      Hz. Ömərə izafə edilən “'Cahiliyyəti bilməyən İslamın qiymətini bilməz”  sözünü xatırlamağın yeri və zamanıdır.

      Quran və sünnə ilə işıqlanmayan insanların yeməkdən içməyə, evlilikdən əyləncəyə qədər bir çox xəta və azğınlıq içində tərəddüd etdikləri görülür. Başa çəkisi 250 qr. olmayan baş örtüyünün yerinə boyuna  dəmir halqalar taxılır. “Halal və təmiz olanlardan yeyin” ayəsi eşidilmədikdə hörümçəyindən-itinə, ilanından-soxulcanına qədər hər şey yeyilir,  sidik içilir. Evdə baxılan heyvan yoldaşından və uşağından daha sevimli hala gəlir. Müsəlmanların qurbanı vəhşilik olaraq görülür, arenada öküz öldürmək sənət adlanır. Siçanlarla eyni qabdan yeyilir, donuz əmizdirilir, şosedə ölmüş heyvan leşləri yeyilir. Cahiliyyə dövrü ərəblərinin Kəbəni  çılpaq təvaf etməsi kimi ayın bədirləndiyi gündə soyunaraq özündən ibadət uydurulur.

      Bütün bunlar haqqı haqq, batili batil olaraq bilməməyin təbii nəticəsidir.

      Son söz Peyğəmbər duası:

      “Allahım! Bizə, haqqı haqq olaraq göstər və ona tabe olmaqla ruziləndir, batili batil olaraq göstər və ondan uzaqlaşmaqla bizi ruziləndir. Bizə əşyanın həqiqətini olduğu kimi göstər!”. 

      • Hits: 715 clicks

      Tecox component by www.teglo.info