MUHAMMED ALİ EŞMELİ / HİLYEYİ-ŞƏRİF

    PDF faylını alÇapE-poçt

      Share

       

      İslam düşüncə tərzi bütləşdiriləcək şəxsiyyətlərin təsvirlərinin çəkilməsinə qarşı olmuş, bu səbəblə heç kim Hz. Muhammədin şəklini çəkməyə gərək görməmişdir. Xəyali bir rəsm çəkməkdənsə, səhih rəvayətlərdən yola çıxaraq Onu anlatmaq hər kəsin könlündə təcəlli etdiyi şəkliylə Peyğəmbəri təsəvvür edib, Ona bağlanmağa imkan verir.

      Hz. Muhammədin dövründə yaşayan, Ona iman gətirən və dünya gözü ilə görən səhabələrin ifadələri mötəbər qaynaqlarda yer alır. Bu qaynaqların ən məşhurları İmam Tirmizinin “əş-Şəmailun-Nəbəviyyə vəl-həsailul-Mustafaviyyə”si və Qazı İyazın “Kitabuş-Şifa fi tərifi Huquqil-Mustafa” əsərləridir.

      İslam sənətkarları iman və zövqlə bu kimi sağlam rəvayətlərdən bəzilərini həssaslıqla yazıb Rəsulullaha yaraşan tərzdə bəzəyərək, Onu görən gözlərin tərifi ilə Ona həsrət könüllərə təqdim etməyə çalışmışlar.

      Bəzək mənasına gələn “Hilyə”nin ilk nümunələri hicri 1090-cı ilə aiddir. Hilyeyi-Nəbəvilərdə əsasən Hz. Əli (r.a)-dan rəvayət olunan mətn yer alır. 

      Həzrət Əlinin Rəsulullahı tərif etdiyi mətnin tərcüməsi:

      “Həzrət Peyğəmbərin boyu nə çox qısa, nə də çox uzun idi. Ortaboylu idi. Saçı nə qısa-qıvrım, nə də düz və uzun idi. Yarıqıvrım (dalğalı) idi. Üzü yuvarlaq, rəngi şəffaf və bəyaz, gözləri iri və qara, kirpikləri uzun idi. İri sümüklü və enlikürək idi. Sinəsində ortadan qarnına qədər tük yox idi. İki ovucu və dabanları dolğun idi. Yeriyəndə yoxuşdan enən adamlar kimi rahatlıqla irəliləyərdi. Sağına və soluna baxanda bütün bədəni ilə o istiqamətə çevrilərdi. İki çiyni arasında “Peyğəmbərlik Möhürü” vardı. Bu, Onun sonuncu peyğəmbər olmasının nişanəsi idi. O, insanların ən səxavətlisi, doğru sözlüsü, xasiyyəti ən mülayim və yoldaşlarına ən yaxın olanı idi. Onu ilk dəfə qəflətən görənlər heybəti qarşısında sarsılardılar. Lakin ali vəsflərindən xəbərdar olanlar və söhbət məclislərində iştirak edənlər Onu hər şeydə

      • Hits: 742 clicks

      Tecox component by www.teglo.info