Lokman HELVACI / AFRİKADA BİR SÜBH NAMAZI

    PDF faylını alÇapE-poçt

      Share

       

      Uzun illər azərbaycanda xidmət edən və jurnalımızın yazarlarından olan Lokman Helvacının Afrikadan salamları ilə…

      Xəyalınızda bir səhər vaxtınızı canlandırın. Təhəccüdü qılmış və istiğfarla o günə başlamısınız. Sübh namazının sünnəsi də qılınmışdır. Bir azdan qamətlə sübh namazına qalxmaq üçün hazırlaşarkən oturduğunuz məhəllənin küçələrindən keçən bir carçının meqafonla həyəcanlı halda nə isə dediyini eşitsəniz, qəribsəyərsiniz, elə deyilmi? Başa düşdüyünüz dildə danışırsa, qulaq kəsilər, nə dediyini anlamağa çalışardınız yəqin. O dili bilmirsinizsə, bilənlərdən nə deyildiyini öyrənərdiniz.

      Oxuduğunuz bu sətirlərin xəyal olduğunu düşünmə bilərsiniz. Amma əmin olun ki, ətrafa hələ qaranlığın hakim olduğu, Quranın ifadəsiylə söyləsək “ağ ipin qaradan ayırd edilə bildiyi” bir zaman kəsiyində, yəni tam da imsakın çıxdığı dəmdə eşitdiklərimiz səs olaraq həqiqət idi, amma məzmun olaraq elə deyildi. Çünki meqafondan yayılan səs məhəlli dildə belə deyirmiş “Allahın oğlu İsa sizi cənnətə çağırır, tələsin, tələsin… Sizi ancaq Allahın oğlu İsa qurtaracaq, tələsin…”

      Abdullah Sərt abimiz, Ramazan Arıtürk, Əlican Tatlı bəy və Xudaverdi Yüksəl qardaşımızla birlikdə getdiyimiz Afrika səyahətində eşitdiklərimiz və bizi çaşdıran, bir o qədər də düşündürən xüsus bu oldu.  Xalxın oğlı haşa “Allahın oğlu olduğuna inandığı bir peyğəmbərin yoluna dəvət üçün qalxmış bu təhəccüd vaxtını sərfəli keçirir, batil inancı üçün yuxusundan fədakarlıq edir. Bəs görəsən biz nə haldayıq?

      Yoxsa “Qorxuyla və ümidlə Rəblərinə yalvarmaq üçün onlar bədənlərini yataqlarından qaldırırlar” (əs-Səcdə, 16) ayəsi bizə deyil, onlaramı səslənirdi görəsən? Yoxsa qorxumuz qalmayıb? Ümidimiz tükənib bəlkə? Halbuki Rəbbimiz o vaxtda qalxaraq qorxu və ümid ilə özünə yalvarmasını istədiyi zümrə bizdən başqası deyildi.

      Yoxsa “Gecələri çox az yatardılar (əz-Zariyat, 17) ayəsində bəhs olunan zümrə biz deyildik, onlar idi?

      Yaxşı, biz müsəlmanları təhəccüd vaxtı qaldırmaq üçün Rəbbimiz daha nə buyurmalı idi?

      “Səhər vaxtında Allahdan bağışlanma diləyərlər” (Ali-İmran, 17) deyə öydüyü zümrədən olmalı deyildikmi?

      Yaxşı, Hz. Peyğəmbərin “Hər gecə Rəbbimiz gecənin son üçdə biri olanda dünya səmasına enər və:

      “Kim mənə dua edir, ona cavab v verim. Kim məndən bir şey istəyir, onu verim, kim mənə istiğfar edir, ona bağışlayım”,- deyər” dediyini dəmi eşitmədik?

      Bir də bunu xatırlayaq: İlk müqəddəs nəsil olan səhabeyi-kiram gecələrin ən az üçdə birini, yarısını, hətta üçdə ikisini namazla və Quran qiraətiylə keçirərdilər. Bu əmr Məkkə dövrünün ilk illərində endirilən Müzzəmmil surəsinin ilk hissələrinə görədir. Səid b. Cübeyrin (r.a) rəvayətinə görə bu ilk əmrdən on ilə yaxın zaman keçdikdən sonra gecənin ən az üçdə birinin əhyasına dair əmri asanlaşdıran son hissədəki ayə isə Mədineyi-Münəvvərədə nazil olmuşdur. Həqiqətən də bu ayədə cihad və zəkatdan da bəhs edildiyinə görə asanlaşdırma ayəsi olan 20-ci ayə mədəni sayılır. Bunun türkcəsi bu mənaya gəlirr: Əshabi-kiram gecə namazını uzun olmaq şərtiylə 10 il ərzində fərz olaraq qılmışdır, ta ki eyni surənin son ayəsi Mədinədə nazil olana qədər…

      Deyək ki, səhabələr üçün yüngülləşdirildi. Bəs Nəbilər sultanı Rəsulullah? Rəbbimiz onun Məqami-Mahmuda qovuşması üçün əlavə olaraq təhəccüd namazını qılmağa davam etməsini istəmişdir. (İsra 79)

      Bir sözlə bu qədər mühüm zamanı fövt vetmək ən böyük bədbəxtlik deyilmi? Missionerlərini yatağından qalxıb küçə-küçə dolaşaraq meqafondan səslənirsə, görəsən, biz nə etməliyik?

      …Aradan bir az keçdikdən sonra meqafondakı səs kəsildi, qamət gətirildi və sübh namazını qıldıq. Sonda da bildiyimiz kimi Həşr surəsinin son üç ayəsi oxundu.

      “Sübhanəllahi amma yuşrikun” “Allah (c.c) onların ortaq qoşduqları şeylərdən uzaqdır”, sözlərini 40 ildir oxuyuram. Amma heç vaxt bu qədər canlı və mənanın dəqiqliklə yerinə oturduğu bir ana tuş gəlməmişdi.

      Bu səyahətimizdə belində körpəsini gəzdirdiyi halda kimsiz uşaqlar evidəki uşaqlara ərəbcə qırx hədisi və ammə cüzünü əzbərlədən afrikalı anaları da gördük.

      Demək, heç bir bəhanə qəbul edilmir. Sabah qiyamət günü o  afrikalı ana çox rahat hesab verəcək hər halda. Çünki onun şahidləri arasında bir də balası var. Və deyəcək ki, bəli, ya Rəbbi anacığımı bağışla. Mən hələ körpə ikən onun belində sanki ondan ayrılmaz bir parça kimi sinifləri gəzərdim. Sən bir şeyi bilmək üçün şahidə də möhtac deyilsən. Amma “O gün yer üzü üzərində nə baş verdiyini xəbər verər” (Zilzal, 4) dediyin kimi mən də anamın sənin kəlamını hərf-hərf, heca-heca, söz-söz öyrətdiyinə şahidəm. Peyğəmbərimizin mübarək kəlamlarını daha üç, dörd, beş yaşlarındakı böyük qardaşlarıma və bacılarıma öyrətdiklərini, yalnız qulağımla deyil, bütün bədənimlə eşitdim, ya Rəbbi, bağışla…

      Birmərhələli imtahan yeri olan dünya həyatında belə şahidlərimiz varmı?

      Sabah buna çox ehtiyacımız olacaq.

      “Ey İman gətirənlər! Allahdan qorxun və hər kəs, sabaha nə hazırladığına baxsın, Allahdan qorxun, çünki Allah, etdiklərinizdən xəbərdardır”. (əl-Həşr, 18)

      Bir başqa gözəl mənzərə də vəqf mərkəzimizə Quran öyrənməyə gələn bir ananın da belinə bağladığı körpəsiylə kursumuza gəlməsi idi. Afrikada kürəyində qundağıyla Quran öyrənməyə və öyrətməyə gələn anaları gördükdə Azərbaycansayağı EŞQ OLSUN O ANALARA deyirəm.

      O analar mənə ümid verdi, dostlar! Kim nə deyirsə-desin, ALLAH NURUNU TAMAMLAYACAQ.

      Böyüklərimizi Türkiyəyə yola salarkən Xudaverdi qardaşım və mən Rəbbimin hidayətə möhtac insanlarla görüşdürməsi niyyətiylə Afrikada qaldıq. Hələlik bizə təsir edən bu üç hadisəni paylaşmaqla kifayətlənərkən, könüllü gənclərimizin bu karvana qatılmalarını və dualarınızı gözləyirik.

       

                                                                                                    

      • Hits: 759 clicks

      Tecox component by www.teglo.info