İslam Konfransı Gənclik Forumu Haqqında / R. Sami ÇİNAR – Necmi KAYA

      Share

      Ənvər Salayev (Rusiya)

      - Cənab Ənvər bəy, İslam konfransı gənclər formu haqda düşüncələriniz nələrdir?

      - Əlhamdulilləh bu mənzərə məni heyran etdi. Biz bu foruma nümayəndə olaraq deyil, Rusiyadan qonaq olaraq dəvət edilmişik. Çünki Rusiya İKT-nin üzvü deyil. Mən burada işçi quruplarının iclaslarında iştirak etdim. Çox əhəmiyyətli mövzular müzakirə edildi. Rusiyadakı müsəlman qardaşlarımızın dərdlərini söyləmək imkanım oldu.

      - Rusiyada İslama və müsəlmanlara münasibət necədir?

      - Təbii ki, müəyyən çətinliklər var. Beslan hadisələrindən sonra müsəlmanlara baxış tərzi biraz fərqləndi. Bizim ən böyük çətinliyimiz, İslam adına edilən səhf hərəkətlərdir. İslamın terror kəliməsiylə yan-yana səslənməsidir. Mən əminəm ki, bura toplanan əllidən çox ölkədən gələn gənc qardaşlarımız terroru lənətləmə mövzusunda həmfikirdirlər. Gənclər bu forum ilə çox böyük və cəsarətli bir müvüffüqiyyət əldə etdilər. Allah xeyirli etsin.

      - Təşəkkür edirəm.- Sağ olun.

      Ould Telmoudi Cheikh Əhməd (MORITANYA)

      -Cənab Əhməd bəy, İslam Konfransı Gənclik Formunu dünya müsəlman gəncləri baxımından necə görürsünüz ?

      - Əvvəlcə Allahın salamıyla başlamaq istəyirəm. Təbii ki, bu çox böyük bir tədbirdir. Əlli müsəlman ölkəsinin nümayəndələri bu tədbirdə iştirak edirlər və hamımız bərabər dərdlərimizi danışırıq. Bu forum gənc müsəlmanların qarşılaşdıqları çətinlikləri həll etməsinə, bundan sonra daha sağlam və daha şuurlu addımlar atmasına kömək edəcəkdir.

      - Sizin ölkənizdə gənclərin hansı çətinlikləri var ?

      - Moritanyada  yoxsulluq, işsizlik ən əsas dərdimizdir. İnşallah bu ittifaqımız birbirimizə möminlərin qardaş olduğunu bir daha xatırladar və dünyanın harasında olmağından asılı olmayaraq, bir yerdə mömin qardaşlarımızın dərdlərini həll etmək şuurunu verər.

      - İnşallah.

      - Təşəkkür edirəm.

      Mohammed Osman Moallin (SOMALI)

      - Cənab Osman bəy Somalidə gənclərin nə kimi çətinlikləri var ?

      - Bildiyiniz kimi Somali bir Afrika ölkəsidir. Yeraltı sərvətlər ilə çox zəngin, ancaq əhalisinin həyat səviyyəsi son dərəcə aşağıdır. Davamlı olan daxili müharibələr, aclıq və səfalətin olduğu bir yerdir.Həmçinin təhsil imkanının olmaması, savadsızlıq ölkəmizdəki gənclərin ən böyük problemidir. Somalidə xalq, xüsusən də gənclər təhsilsizdir, hərkəsin əlində silah boş və mənasız savaşlara davam edirlər. Qanunsuzluq baş alıb gedir. Hakimiyyət böhranı son həddə çatıb.

      - Bu foruma qarşı sizin münasibütiniz necədir?

      - Forumda iştirak etdiyim üçün Allaha çox şükür edirəm , hiss etdim ki, biz tək deyilik, hər sahədə bizə yardım etməyə hazır qardaşlarımız var. Mən şəxsən Azərbaycan hökumətinə, bu forumun təşkilatçıları olan Avrasiya Inkişaf Assosiyasına və Nayoraya çox təşəkkür edirəm. Biz müsəlman gəncləri bir birimizlə birləşdirdi. Dərdlərimizi bölüşdük. Allah onlardan razı olsun.

      - Təşəkkür edirəm.

       

       

      Mohammed Akteruzzaman (Bangladesh)

      - Əfəndim İslam konfransı gənclər formunda iştirak etmək sizin ölkəniz və təşkilatınız üçün nə qazandırdı ?

      - Allahın salamı ilə başlayıram. Təbii ki, bugün İslam aləmində " İttifaq " həsrətində olduğumuz bir söz. Mən Banqladeşdən gəlmişəm, oradakı qardaşlarımızdan salamlar gətirmişəm. İştirak etdiyimiz bu forum ölkəm və şəxsən özüm üçün böyük bir təcrübə oldu . İnşallah xeyirli nəticələr əldə edərik.

      - Azərbaycan haqqında təəssüratlarınız.

      - Mənim bu vaxta qədər Azərbaycan haqda məlumatım çox az idi. Bu konfransa dəvət edildiyimizdə  maraqlandıq və bilgi aldıq. İndi isə tam səmimiyyətimlə deyirəm ki, azərilər çox qonaqpərvər insandırlar. Bu tədbirdə vəzifəli olan və xidmət edən qardaşlarımda gördüm bu qonaqpəvərliyi. Bizi çox gözəl qarşıladılar.

      - Bakını gəzmək fürsətiniz oldu mu?

      - Bəli. Şəhidlər xiyabanında, Qiz qalasında, dəniz kənarında oldum. Bakı çox gözəldir.

      - Son olaraq söyləmək istadiyiniz bir söz var mı ?

      - Allahdan arzum budur ki, belə  beynəlxalq tədbirlər həmişə olsun və xeyirli nəticələr versin.

      - Təşəkkür edirəm.

      - Sağ olun.

       

      • Hits: 832 clicks

      Tecox component by www.teglo.info