№ 109 Dekabr

Nurlan MƏMMƏDZADƏ - BU GEDİŞ HARAYA?

PDF faylını alÇapE-poçt

Yazan redaktor 17.12.15 07:02

İlin sonuna yaxınlaşarkən hamımız yeni bir yol ayrıcındayıq. Artıq dəftərimizə qeyd yazıb tarix qoyarkən bir daha 2015 yazmayacağıq. Əlimizi 2016 yazmağa öyrədənə qədər bir neçə gün çətinliyimiz olacaq.Amma bir il sonra ondan da vaz keçmək məcburiyyəti ilə üzləşəcəyik. Dekabrın 31-dən sonra bir daha yeni bir tarixi qeyd etmək üçün 2015 yazmayacağıq. Beləliklə,fani olan dünya 2015-i də tükətdi. İlin əvvəlində masamızın üstünə qoyduğumuz və ya divardan asdığımız qalın təqvim kitabçasının son səhifəsini cırıb atarkən əslində keçdiyimiz günlər ərzində həyatımızdan elə həmin təqvimin özü qədərini arxada qoyduğumuzu xatırlamaq nədənsə çətin gəlir hər birimizə. 

Ardını oxu...

 

Müşfiq XƏLİLLİ - HESABA ÇƏKİLMƏDƏN

PDF faylını alÇapE-poçt

17.12.15 07:04 ərzində olan dəyişikliklər Yazan redaktor 17.12.15 07:00

Uca Rəbbimiz kainatı mükəmməl bir nizamla yaratmışdır. Heç bir canlı təsadüfən var olmamışdır. Bütün varlıqların öz nizamı və öz vəzifəsi vardır. Toxumlar, çəyirdəklər, ağaclar, quşlar, heyvanlar, yer və göylər möhtəşəm bir nizam-intizam içində çalışmaqda və öz vəzifələrini layiqincə yerinə yetirməkdədir. Milyonlarla ulduz fəza boşluğunda, öz yollarından heç çıxmadan, bir-birləriylə toqquşmadan hərəkət etməkdədirlər. 

Ardını oxu...

 

Fuad QULİYEV - Ömür bir “an”dır...

PDF faylını alÇapE-poçt

Yazan redaktor 17.12.15 06:59

İnsan oğlunun bəlkə də əlindəki ən qiymətli xəzinəsi - axirəti üçün qazanc sayıla biləcək bir sərmayə qoya bilməsi üçün - zamandır. Çünki xeyir əməllər insana bəxş edilmiş ömür yolçuluğuna nə qədər çox sığdırıla bilərsə, axirəti üçün o qədər sərmayə qoymuş sayılar. Odur ki, ağlı ilə hərəkət edən kəs bu qiymətli və məhdud imkanı ən gözəl şəkildə dolu-dolu keçirməyin yollarını axtarmalı və savab boğçasını faydalı şeylərlə doldura bilmək üçün həyatını ona görə nizamlamalıdır. 

Ardını oxu...

 
 

Saleh Şirinov - NƏFS MÜHASİBƏSİ

PDF faylını alÇapE-poçt

17.12.15 06:59 ərzində olan dəyişikliklər Yazan redaktor 17.12.15 06:57

Allah-Təala yaratdığı hər insana müəyyən bir ömür yazmışdır. Ağıl neməti ilə ucaltdığı insanı yetkinlik yaşından etibarən ölüncəyə qədər bütün etdiklərindən və etməsi gərəkdiyi halda ehmalkarlıq edib etmədiklərindən məsul tutmuşdur və hesaba çəkəcəkdir. Bununla birlikdə də, insanı yalnız buraxmamış, onun ağlına rəhbərlik etmək üçün peyğəmbərlər və kitablar göndərmişdir. Bu məqamda insana düşən vəzifə, həyatı və həyatda edib işlədiklərini düşünmək və qiymətləndirməkdir; “Mən nə idim, nə oldum və sonum nə olacaq?”

Ardını oxu...

 

Rüfət ŞİRİNOV - İslamda Həmrəylik Şüuru

PDF faylını alÇapE-poçt

Yazan redaktor 17.12.15 06:56

İslam dini vəhdət, birlik, sevgi və sülh dinidir. Dini nöqteyi-nəzərdən fərdi yaşantı əhəmiyyət kəsb etdiyi qədər, ictimai həyat da önəmlidir. Fərdi nizam-intizam ictimai asayiş deməkdir.  Bu anlayışa əsasənxoşbəxtlik və gücün yolu insanlar arasındakı həmrəylikvə birlikdən keçir.İslam dini həmrəng olmağa deyil, həmrəy olmağa, yəni eyni duyğuları paylaşmağa çağırır.

Ardını oxu...

 
 

Səhifə 1 > 5-dəan