№ 99. Fevral

Nurlan MƏMMƏDZADƏ - Gəncliyi Nemət Bilənlər

PDF faylını alÇapE-poçt

04.05.15 11:59 ərzində olan dəyişikliklər Yazan redaktor 24.02.15 10:30

Gənclik insan ömrünün ən qiymətli və münbit çağıdır. Gənclər bir millətin gələcəyi, böyük və məsuliyyətli məfkurələrin davamçısı və daşıyıcılarıdırlar. Buna görə dəbütün dinlərdə və mədəniyyətlərdə gənclərə xüsusi diqqət ayrılmış, onların xidmətləri yüksək qiymətləndirilmişdir. Hər bir fikri cərəyanın vüsət tapması da adətən məhz həmin ideya ətrafında gənclərin səfərbərliyi nəticəsində mümkün olmuşdur.

Ardını oxu...

 

İlham SOVQATOV - GƏNCLİYİN QƏDRİNİ BİLMƏK

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 10:29

Ömür çox sürətlə ötüb keçir. Onu saxlamaq mümkün deyil. İnsan doğulandan sonra ona bəxş edilən bu həyat nemətini yaşamaq məcburiyyətindədir. Körpəlikdən uşaqlığa, uşaqlıqdan gəncliyə, gənclikdən də qocalığa qədər bütün bu mərhələlərdən keçməlidir. Əlbəttə ki, Allah bu mərhələləri yaşamaq üçün ömür verərsə. İnsan yaşamaq məcburiyyətindədir. 

Ardını oxu...

 

Rüfət ŞİRİNOV - KAPİTALİZİMİN KÖLGƏSİNƏ SIĞINAN GƏNCLİK

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 10:27

Bəşər övladının ən aktiv və faydalı dövrü gənclik çağıdır. Buna əsasən də bütün quruluş və cəmiyyətlər gənc nəslə əhəmiyyət vermiş və onları özlərinə cəlb etmək üçün xüsusi qayğı göstərmişdir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, günümüzdə gənclərin əksəriyyəti öz dəyərli və əvəzolunmaz vaxtlarını küçələrdə, internet-kafelrdə, oyun zallarında və s. yerlərdə hədər edirlər. 

Ardını oxu...

 
 

Firdovsi HƏSƏNOV - Gənc ağaca Balta vurmaq

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 10:02

Lap qədim zamanlardan hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsil ilə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur.Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla onun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir.

Ardını oxu...

 

MÜSAHİBƏ - Mehmet Lütfi ARSLAN:

PDF faylını alÇapE-poçt

02.03.15 11:05 ərzində olan dəyişikliklər Yazan redaktor 24.02.15 09:59

ROL MODELLƏR YERİNƏ ÜSVEYİ-HƏSƏNƏLƏRƏ EHTİYAC VAR!

İrfan: Mehmet Lütfi bəy, öncə özünüz haqda qısa məlumat verin zəhmət olmasa.

Mehmet Lütfi Arslan:1972-ci ildə dünyaya gəlmişəm. İqtisadiyyat və menecerlik təhsili almışam. 1997-ci ildə “Altınoluk” jurnalının yazı işləri bölümündə çalışdım. “Altınoluk English”, “Altınoluk Portal” və “Söz Ola” jurnalının baş redaktoru kimi fəaliyyət göstərdim. 2000-2002-ci illərdə ABŞ-ın Corctaun Universitetində iletişim sahəsində magistraturanı bitirdim.

Ardını oxu...

 
 

Səhifə 1 > 5-dəan