№ 77. Aprel

Eldar Kərimov / Kişilər ağlamaz

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 05:57

 

Nə olar, tərpətmə ayrılıq közün,

Əsdikcə küləklər yandırıb, yaxar.

“Kişilər ağlamaz” demə, əzizim,

Kişinin göz yaşı içinə axar.

 

Yəqin nədən yazacağımı çoxunuz elə ilk misralardan anlaya bildiniz. Bəli, kiçik yaşlarımızdan ta indiyədək hər birimizə deyilən məşhur bir söz var: kişilər ağlamaz. İlk baxışdan sadə bir məna kəsb edən bu ifadə əslində dərk edilməsi olduqca çətin və dərin bir mənaya sahibdir. Dünyanın başqa yerlərində belə məsələlərə bir o qədər də mühüm bir şey kimi baxmasalar da çox təəssülər olsun ki, bu bizdə belədir. Kişi dediyin hələ ana bətnindən öz bənzərsiz simasına bürünüb bu dünyanı şərəfləndirir. 

Ardını oxu...

 

Adəm Şahin / TÜRKÜSTAN, ACIDƏRƏ VƏ ƏLİABAD

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 05:54

 

Qazaxıstan ucsuz-bucaqsız boşluğun, səhranın və üfüqün ən kəskin şəkildə hiss edildiyi coğrafi ərazilərdən biridir. Sonsuzluq hissi verən səhrada gedərkən Qazaxıstan bayrağındakı səmanın mavi rəngini, günəşi və qartalı başınızın üstündə hiss edərsiniz.

Çimkəndlə Türküstan arasında, ərazisinə görə dünyanın 9-cu böyük ölkəsində (2.727.300 km2) səfər edərkən sizi yol kənarındakı bir abidə salamlayar. Salama yalnız sözlə qarşılıq vermək olmaz, abidəni ziyarət edirik. Üzərində bunlar yazılıb:

Ardını oxu...

 

“DAŞ YUXULAR” görən xəstə təxəyyüllü yazıçıya cavab

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 05:51

 

Jurnalın bu sayında 1918-ci il mart soyqırımına aid yazacağım məqalə üçün bəzi tarixi mənbələrə bir daha müraciət edərək faktları dəqiqləşdirirdim. Çünki tarixi saxtalaşdırmaqdan, təhrif etməkdən qorxulu heç nə yoxdur. Əlinə qələm alan hər bir şəxs məsuliyyəti itirməməli, həyat həqiqətlərini təhrif etməməli, saxtakarlıqdan uzaq olmalıdır. Vicdanını itirməyən qələm sahibi oxucunu özündən daha ağıllı, daha intellektual, məlumatlı hesab etməlidir.

Ardını oxu...

 
 

Ülvi Məmmədov / HƏYAT DƏFTƏRİNDƏN

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 05:49

 

Əsil Sevgi

Bir gün müdriklərdən birindən soruşdular: “Sevgidən quru-quru daışanlarla onu yaşayanlar arasında nə fərq var?” Müdrik adam bu sualın cavabını vermək üçün əvvəlcə sevgini dildən qəlbə endirə bilməyənləri çağıraraq onlara süfrə açır. Hamısı yerlərinə oturduqdan sonra boşqablarda isti şorbalar gətirilir. Sonra isə süfrəyə dərviş qaşıqları deyilən bir metr uzunluğu olan qaşıqlar qoyulur. Müdrik adam “Bu qaşıqların ucundan tutub elə yeyəcəksiniz” deyə bir şərt qoyur. Oturanlar razılaşaraq yeməyə çalışsalar da qaşıq uzun olduğu üçün heç bir nəticə hasil olmur. Nəhayət, bacara bilmədikləri ilə razılaşıb süfrədən acqarına qalxırlar.

Ardını oxu...

 

Alpay Əhməd / Misir inqilabının daxili siyasi nəticələri

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 05:40

 

 

İstənilən inqilabın doğurduğu ilkin nəticələr dəyişikliklərin baş verdiyi ölkədə ilk növbədə eyforiya hissləri doğrurur. Bu baxımdan Ərəb baharının ikinci qurbanı olan Mübarək rejiminin tarix səhnəsindən getməsi təəssüf ki, Misirin, obrazlı desək, mübarək addımlarla inkişafına səbəb olmadı. Biz heç də yazımızda bu ölkənin gələcək perspektivlərinin müstəsna olaraq qara rəngdə verilməsini söyləmirik.

Ardını oxu...

 
 

Səhifə 8 > 8-dəan