№ 75. Fevral

Nurlan MƏMMƏDZADƏ / QARABAĞ DƏRDİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 05:37

 

Fevral ayının gəlişi ilk növbədə bütün azərbaycanlıların yadına dəhşətli Xocalı faciəsini salır. XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsi özü ilə birlikdə sağalmaz yaramız olan Qarabağı da gözlər önünə gətirir. O Qarabağı ki, hər zaman bizə dost görünən, əslində əbədi düşmənimiz olan mənfur qonşularımızın iştahını qabardırdı. Ümumi götürəndə deyə bilərik ki, tarixən qonaqpərvərliyi ilə tanınan türk xalqları hər zaman təbiətin ən gözəl guşələrində, səfalı obalarda məskunlaşmışlar. Lakin əlindəkiləri qonşusu ilə bölüşməyi özünə adət etmiş, darda qalana, imdad diləyənə kömək əli uzadan, genində nəcib duyğuların hakim kəsildiyi bu xalqın övladları tarixin müəyyən mərhələlərində mənfur qonşuları tərəfindən xəyanətə uğramışlar. 

Ardını oxu...

 

Elşən RZAYEV / VƏTƏN SEVGİSİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 05:26

 

Azərbaycan xalqı əsrlərdən bəri vətən torpaqlarını müxtəlif dövrlərdə hissə-hissə itirmişdir. Gəlin tarixə bir anlıq nəzər salaq:

1534-cü ildə Azərbaycanın cənub-qərb bölgəsi olan Mosul, Kərkük, Ərbil, Süleymaniyyə Osmanlı imperiyasının tərkibinə keçmiş və 1926-cı ildə Türkiyə ilə İngiltərə arasında bağlanan 5 iyun müqaviləsi nəticəsində Mosul, Kərkük, Ərbil, Süleymaniyyə elləri İraqın tabeçiliyinə verilmişdir.

Ardını oxu...

 

Məmməd MƏMMƏDZADƏ / Şəhid şəhərin nağılı

PDF faylını alÇapE-poçt

05.05.13 05:24 ərzində olan dəyişikliklər Yazan redaktor 05.05.13 05:20

 

Biri vardı, biri yoxdu. Azərbaycan adlı məmləkətdə hər tərəfdən dağlarla əhatə olunmuş, suyu da, havası da dərman olan bərəkətli bir yer var idi. Ərazidə böyük bağlar olduğundan adına Qarabağ deyərdilər o yerlərin. Axı qədim zamanlarda əcdadımızın dilində “qara” təkcə rəng bildirmirdi, həm də böyüklük anlamında işlənirdi.

Ardını oxu...

 
 

XOCALI QƏTLIAMI

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 05:16

 


Yer: Azərbaycan / Xocalı

Zaman 26 fevral / 1992

Əlləri arxadan ağaca bağlanmış hamilə bir qadının başının üstünü kəsdirən iki erməni püşk atırdı. Bu qanlı qumarı təxminən 100 il bundan əvvəl Anadolu torpaqlarında, Qarsda, Ağrıda, Vanda, Ərzurumda da oynamışdı ataları. Onlardan eşitmişdilər. Qarnı burnunda çarəsiz halda olan azərbaycanlı qadının doğum vaxtına az qalmışdı. Biçarə xəzan yarpağı kimi tir-tir əsirdi. Paltarları cırılmış, ayaqları yalın idi...

Ardını oxu...

 

Ramiz MƏMMƏDOV / Qarabağın ürəyi – Ağdam

PDF faylını alÇapE-poçt

Yazan redaktor 04.05.13 07:50

 

Qarabağ düzünün cənub qərbində yerləşən Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Əsgəran, Xocavənd və Füzuli rayonları ilə həmsərhəddir. ərazisi 1154 km2, əhalinin sayı isə 177,6 min nəfərdir (2010).  Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə və 123 kənd vardı.

            Ağdam Azərbaycanda insanların məskunlaşdığı, mədəniyyət qurduğu, ən qədim yerlərdən biri olmuşdur.  Şuşa Qarabağın gözü, Ağdam da Qarabağın ürəyi adlandırılırdı. Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, Ağdam rayonunda insanlar 8-10 min il bundan əvvəl yaşamışlar.  Xındırıstan, Qərvənd, Sarıcalı, Ağdamkənd, Zəngişalı, Kəngərli kimi kəndlər ən möhtəşəm yaşayış məskənlərindən biri olmuşdur. Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə aparılan arxeoloji tədqiqatlar zamanı Eneolit (e.ə. VI-IV minillik, mis-daş dövrü) və Orta Tunc (e.ə.III minillik)dövrünə aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə dair maddi-mənəvi abidələr aşkar edilib.

Ardını oxu...

 
 

Səhifə 1 > 5-dəan