№ 65. Aprel

Nurlan MƏMMƏDZADƏ / BÖYÜK ŞƏHƏRLƏRİN KİÇİK İNSANLARI

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.06.13 09:54

Bir də baharlar bilirim

Apartman odalarında böyüyən çocuqların bilmədiyi, biləməyəcəyi…

Yazın isti nəfəsini duyduğumuz bir zamanda türk şairi Ərdəm Bəyazidin qələmə aldığı bu misralarla başlamaq istədim buaykı yazıma. Şair necə də gözəl təsvir edir mədəniləşmək adına daş binalara doluşub, həyatı yeknəsək yaşayanları. Yazın gəlişini yalnız havanın isinməsindən hiss edən, daş binalar arasında və asfalt zəmin üzərində məktəbə gedib, evə gələn, ən yaxşı halda süni fotbol meydançasında top oynayan azyaşlıların bahar təəssüratları nədən ibarətdir görəsən?

Ardını oxu...

 

Adəm Şahin ./“Mədəniyyət Təmizlikdən Başlayır” – 1

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.06.13 09:52

Anadolu  İslamla şərəflənməzdən əvvəl burada yaşayan Romalılara məxsus və günümüzə qədər gəlib çatan tarixi əsərlər mövcuddur. İzmirdə tapılan Efes antik mədəniyyətin ən məşhur şəhərlərindəndir.

Efesdəki 24000 nəfərin sığdığı Böyük Amfiteatr qədim dünyanın ən böyük teatrıdır. (Bax. Şəkil-1)

Ardını oxu...

 

Mehman İsmayılov / İslamın Orta Əsrlər Avropasına Təsiri

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.06.13 09:51

İslam dünyasının orta əsrlər Avropasına necə təsir etməsi alimlər və tədqiqatçılar tərəfindən araşdırılmış və bu tədqiqatların nəticələri bir çox elmi kitab və məqalələrdə dərc olunmuşdur. Ancaq İslamın təsirini tam şəkildə ələ alan heç bir əsər yoxdur. İslamın Avropaya töhfəsini qiymətləndirmək və Avropanın bu töhfəyə təşəkkürünü dilə gətirmək üçün çox az səy göstərilmişdir.  Bu cür məruzələrin əsas məqsədi bu təsir və ona verilən reaksiya haqqında geniş məlumat verməkdir. Ancaq onu da qeyd etmək lazımdır ki, bu məlumatlar orta əsrlər Avropa tarixçisinin gözü ilə deyil, qərbli İslam tədqiqatçısının gözü ilə incələnmişdir.

Ardını oxu...

 
 

Məmməd MƏMMƏDZADƏ / YUXULARIMIN BAKISI

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.06.13 09:49

Bilmirəm, hamı mənim kimidir, ya yox? Yuxularımın həmişə dəyişməz bir məkanı, bir ünvanı olur. Uşaqlıq və gənclik illərimi yaşadığım məkan. Real həyatdan fərqli olaraq o məkan da dəyişməyib, necə vardı eləcə də qalıb. 50-70-ci illərin Bakısı, “əyri-köndələn” Bakısı. Xəzərin qucağında mışıl-mışıl yatan, gecələri sakit, romantik, gündüzləri təlatümlü Bakısı. Nə gecələrinin sakitliyini pozan “avtoş”lar, nə də əcaib müsiqilərin ucaldığı, yaxınlıqda yaşayanların yuxusuna haram qatan gecə barları vardı o illərin Bakısında.

Ardını oxu...

 

Salih Zeki Meriç / SƏTİRLƏRDƏN KÖNÜLLƏRƏ…

PDF faylını alÇapE-poçt

Yazan redaktor 20.06.13 09:47

Həzrət Peyğəmbərin dünyasını dəyişməsi ilə bağlı Hz. Ömərin tövrü çox diqqətçəkicidir. Bu tövr qarşısında Hz. Əbu Bəkrin cavabı da bir o qədər ibrətlidir. 

Bir anlıq yada salaq:

Peyğəmbərimizə canları bahasına bağlı olan əshabi-kiram uzun illər Onun ətrafında pərvanə olmuş, Onu sevmiş, Onunla kədərlənmiş, Onunla sevinmiş bir cəmiyyət formalaşdırmışdı. Başlarında Allah Rəsulu vardı. Onun şəxsində özlərinə və ümmətə nazil olan vəhy. Rəsulullahın formalaşdırdığı yeni xarakterlər. Cəhalət bataqlığından çıxarıb İslamın nuruna qərq etdiyi məkkəli, mədinəli və digər bölgələrin insanları. Əsri-səadət adlanan bir dövrün zirvə şəxsiyyətləri.

Ardını oxu...

 
 

Səhifə 1 > 4-dəan